Hündür mərəvcə (lat. Smilax excelsa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Hündür mərəvcə | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Hündür mərəvcə |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Avropa, Kiçik Asiya və İranda təbii halda bitir.
Hündürlüyü 15-20 m-ə, diametri 10-15 mm-ə çatan lianadır. Zoğları şirəli, lətli, qırmızıtəhər və çılpaqdır. Gövdələrinin uzunluğu 4-8 mm, iti iynələrlə örtülmüş, elastik, möhkəm, yaşılımtıl-boz rəngdədir. Yarpaqlari parlaq həmişəyaşıl, növbəlidir, dəyirmi və ya üçbucaq-yumurtavari, ucları sivriləşmiş, qaidə hissələri ürək şəklindədir. Yarpaq saplaqları tikanlı, qisadır. Çiçəkləri bircinsli, ikievli olub, yarımçətir şəklində, yaşilimtıl və ya yaşıl-qonur rəngdədir, uzunluğu 15-20 sm-dir. Salxım formalı qoltuq çiçəklərin uzunluuğu 4-10 mm, çiçək saplağının uzunluğu isə 5-7 mm-dir. Çiçəkyanlığı 6 yarpaqlı, ləçəkvari formadadır, uzunluğu 4-5 mm-dir. Çiçəklərdə 6 erkəkcik olur və onlar çiçəkyanlığının qaidəsinə yapışmışdır. Yumurtalığı 1-dir; dişicik ağzı 3-dür. May-iyun aylarında çiçək açır. Meyvəsi endospermalıdır, qırmızı, kürəvi, eni 5-10 mm-dir, oktyabr-noyabr aylarında yetişir. Toxumları qonur, yarımşəffaf, diametri 4-5 mm-ddir. Toxum və ya kökümsov gövdələrlə çoxalır.
Bataqlıq meşələrdən əhəngdaşlı qayalıqlaradək yayılmışdır. Nəmişli torpaqları, kölgəli və ya zəif kölgəli yerləri sevir.
Şamaxıda, Şabranda, Qubada, Kür-Araz ovalığında, Alazan-Ağrıçay vadilərində, Lənkəranda təbii halda bitir.
Cavan zoğlarını yumurta ilə bişirib yeyirlər.Giləmeyvələrində C vitamini vardır. Yaşillaşdırmada çəpərlərin salınmasında, həyət və bağçalarda çardaq düzəltmək və s. məqsədlər üçün istifadə oluna bilər.