Hündürboy traxikarpus

Hündürboy traxikarpus (lat. Trachycarpus excelsa) — palmakimilər fəsiləsinin traxikarpus cinsinə aid bitki növü.

Hündürboy traxikarpus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Təbii halda Yaponiya da və Çin də yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 12 m-ə çatan həmişəyaşıl bitkidir. Gövdəsi qəhvəyi-qonur liflərlə (yarpaq qınlarının qalıqları) örtülüdür. Çətiri yelpikvaridir. Çoxsaylı yarpaqları sərt, dik dayanan seqmentlərə bölünmüşdür. Yarpaqların uzunluğu 80 sm, eni 3 sm olur. Yarpaq saplağının kənarlarında, gövdənin yan tillərində, dişli, sərt tikanları vardır, üstdən tünd-yaşıl, alt tərəfdən bozumtul-göydür. Saplağının uzunluğu 70-75 sm-dir. Çiçəkləri sarı ətirli, salxımvari budaqlanmış sıx çiçək qrupunda toplanmışdır. Çiçəkləmə may ayının ortaları başlayıb, iyun ayının axırınadək davam edir. Oktyabr ayının ortalarında meyvə verir. Quru meyvəyanlığı olan meyvəsi yetişdikdə göyümtül-qara rəng alır. Toxumun əmələ gəlməsi noyabr ayının axırlarında müşahidə edilir. Hündür traxikarpus toxum vasitəsilə çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Açıq sahələrdə əkilməli və düz günəş şüalarından qorunmalıdır. Cavan palmaların təmiz havaya ehtiyacı vardır, işıqlı, günəşli və ya bir az kölgəli yerdə yaxşı bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Abşeronda, Gəncədə, Lənkəranda, Zaqatalada və digər şəhər və rayonlarda park və bağlarda becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yaşıllaşdırmada dekorativ bitki kimi istifadə edilir. Liflərindən kəndir hazırlanır.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası II cild-Bakı:"SƏDA",2015,388 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov