Hüquq ensiklopedik lüğəti — Azərbaycan Ensiklopediyasının Baş redaksiyası tərəfindən Bakıda 1991-ci ildə nəşr olunmuş və hüquq məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş ensiklopedik lüğət.
Azərbaycan dilində ilk dəfə nəşr olunmuş 544 səhifədən ibarət olan bu kitabda 1000-dən çox məqalə-məlumat verilmişdir. Lüğətdə dövlət hakimiyyəti orqanlarının işi, vətəndaşların hüquq və azadlıqları, onların həyata keçirilməsi qaydaları və s. şərh olunmuş, mühüm hüquqi anlayışlar təhlil edilmişdir.