Hüseyn İmamzadəsi — Qəzvində yerləşən və VIII şiə imamı Rzanın oğlu İmamzadə Hüseynin məzarı üzərində Səfəvi hökmdarı I Təhmasibin XVI əsrin ortalarında tikdirdiyi məsciddir. Məscid, türbə və ya məzar kompleksi tikildiyi zamandan ziyarət yeri kimi fəaliyyət göstərmişdir.[1]
Hüseyn İmamzadəsi | |
---|---|
36°15′25″ şm. e. 50°00′02″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Qəzvin |
Yerləşir | Qəzvin şəhristanı |
Tikilmə tarixi | XVI əsrin ortaları |
Üslubu | Səfəvi memarlığı[d] |
Kateqoriya | türbə |
36°15′28″ şm. e. 50°00′03″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Məscidin və ya türbənin adı VIII imam Rzanın oğlunun adından götürülmüşdür. O, 821-ci ildə atası Xorasana keçərkən Qəzvində ikən vəfat etmiş və burada dəfn edilmişdir. Vəfat edən zaman o, iki yaşında olmuşdur. Burada həmçinin Səfəvi sülaləsindən olan şəxslər də dəfn edilmişdir. I Təhmasibin paytaxtlarından biri də bu şəhərdə yerləşirdi və buradakı məscid də onun tərəfindən tikilmişdir. Daha sonra onun qızı olan Zeynəb Bəyim 1630-cu ildə buranı daha da genişləndirmiş və təmir etdirmişdir. Bu, məscidin üzərində yerləşən kirəmitdə də qeyd edilmişdir.
Türbə öz divarlı bağçası, bitki cərgələri, kiçik eyvanları, taxçaları, qəbir daşları və qiymətli mavi və krem rəngli kafel bəzəkləri ilə bahalı materiallarla hazırlanmış saray kompleksini xatırladır. Baş darvazanın fasadı altı ornamentli minarədən ibarətdir. Əsas darvazadan sonra pilləkən gəlir və geniş həyətə açılır. Darvazanın birbaşa arxasında köşkə bənzər, səkkizguşəli fəvvarə evi yerləşir.[2]
Türbə göy-sarı rəngli kirəmitli günbəzlə örtülmüşdür.[3] Binanın mərkəzi hissəsi çoxsaylı güzgü mozaikaları ilə bəzədilmişdir; vestibülün güzgü mozaikaları və fasadların kirəmitləri 19-cu əsrə aiddir. Bu orta hissədə nazik sütunlarla daşınan eyvan cinsinə görə ayrılmış ərazilərə aparır və iki girişi vardır — qadınlar üçün sol, kişilər üçün sağ. Binaya ancaq ayaqqabısız daxil olmaq olar. Vestibüldən türbəyə çatmaq mümkündür. Ziyarətgahın daxili hissəsi güzgülər, kristallar və bəzəkli çilçıraqlarla bəzədilib.[4]