Hüseyn Əbdülhüseynov

Hüseyn Bəhmən oğlu Əbdülhüseynov — Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru,İkinci Dünya müharibəsinin iştirakçısı.[1]

Hüseyn Əbdülhüseynov
Əbdülhüseynov Hüseyn Bəhmən oğlu
Doğum tarixi
Doğum yeri Yuxarı Daşarx, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Dəfn yeri Yuxarı Daşarx
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası jurnalistika
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti

1921-ci ildə Əbdülhüseynov Hüseyn Bəhmən oğlu Naxçıvanın Yuxarı daşarx kəndində anadan olmuşdur.

1979-cu il 2 avqust tarixində qəflətən vəfat etmişdir. Məzarı Yuxarı Daşarx kəndindədir.

1970-1979-cu illərdə İşıqlı yollar qəzetinin baş redaktoru olmuşdur.[2]

Şərurun səsi qəzetinin redaktoru,Azərbaycanın Əməkdar jurnalisti, Naxçıvan Mətbuat Şurası İdarə Heyəti sədrinin müavini Elman Məmmədov deyirdi:

" O illərdə Yuxarı Daşarx kənd sakini Hüseyn Əbdülhüseynov da qəzetlə əməkdaşlıq edib və bir müddətdən sonra müharibəyə göndərilib. Müharibə illərində qəzetin əməkdaşları arxa cəbhədə görülən işləri işıqlandırır, cəbhədən təzə xəbərlər, həmyerlilərimizin şücaətindən bəhs edən materiallar və foto-şəkillər dərc edirdilər. "
  1. "Azərbaycan mətbuatında "Şərurun səsi": 80 yaşlı qəzetin dünəni və bugünü". 2020-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
  2. "85 yaşlı qəzetin mürəkkəb, mübarizələrlə zəngin yolu". 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]