Hüseyn Yəhya oğlu Əbdürrəhimov (20 aprel 1912, Nuxa – 20 may 1966, Nuxa) — Sosialist Əməyi Qəhrəmanı (1949).
Hüseyn Əbdürrəhimov | |
---|---|
Doğum tarixi | 20 aprel 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 20 may 1966 (54 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | aqronom |
Partiyası | |
Mükafatları |
|
Əbdürrəhimov Hüseyn Yəhya oğlu 1912-ci ildə Şəki (Nuxa) şəhərində anadan olub. Hələ kiçik yaşlarından yeyim olarkən yaxın qohumlarının himayəsində, Pansion məktəbdə oxuyaraq Sovet dövləti hesabına yaşayıb. 1922-ci ildə Nuxa şəhərində "Nümunə, Zəhmət, Təcrübə" məktəbinə daxil olub, həmin məktəbi 1930-cu tədris ilində başa vurub. 1933-cü ildə "Azərbaycan kənd təsərrüfatı inistitutu"-nun "aqronom" ixtisasını bitirib və həmin ildə də, əmək fəaliyyətinə başlayıb. 1934-cü ildən Nuxa rayon torpaq şöbəsində aqronom, 1941-ci ildən 1946-cı ilədək torpaq şöbəsində baş aqronom, 1946-cı il mart ayından 1947-ci ilin mayınadək Nuxa rayon "texniki, bitkilər" şöbəsinin müdiri, 1952-ci ilədək Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri, 1952-ci il fevral ayından 1957-ci ilin yanvarına kimi Nuxa rayon İcra Komitəsinin sədiri, 1957-ci il mart ayından 1963-cü il aprel ayına kimi "MTS", "RTS" və Azərmexanikanın Nuxa şöbəsinin müdiri vəzifəsində çalışmış və həmin ilin avqust ayından Nuxa tütün idarəsində vəzifəsini davam etdirmişdir.
1929-cu ildən 1946-cı ilədək UİLKGİ-nın üzvü, 1939-cu ildən Sovet İKP-nın üzvü, 1946-cı ildən Şəhər Partiya Komitəsinin üzvü, 1954-cü ildən Azərbaycan KPMK-nin üzvü namizədi olmuş, yerli sovetlərə seçicilər üzrə ıı, ııı , ıv çağırışda rayon sovetinə deputat seçilmişdir.
1929-cu ildən Torpaq işləri Həmkarlar İttifaqının üzvü olub.
Sovet ordusunda xidmət edib. Böyük vətən müharibəsi zamanı daşıdığı vəzifə ilə əlaqədar hərbi səfərvərliyə alınmayıb və məhkəməyə düşməyib.
1939-cu ildə UİKT sərgisinin iştirakçısı olub. 1945-ci ildə "Qafqazın müdafiyəsi" medalı ilə, 1941–1945-ci illərdə Böyük vətən müharibəsi zamanı " İgidliklə işləməyə görə" medalı ilə, 1948-ci ildə rayon üzrə tütün bitçisinin məhsuldarlığını xeyli artıqlaması ilə ödədəməyi təmin etdiyi üçün SSRİ Ali Sovetinin 1 iyun 1949-cu il tarixli qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adı almış, Lenin ordeni və qızıl ulduzla təltif olunmuşdur.
1952-ci ilin oktyabrından 1953-cü ilin iyun ayına qədər Azərbaycan KPMK-nin yanında rəhbər partiya və sovet kadrlarının ixtisasını artıran bir illik məktəbi bitirib.
1945-ci ildə ailə həyatı qurub, 5 övladı var. Əbdürrəhimov Hüseyn Yəhya oğlu 1966-cı il aprel ayının 20-i Şəki (Nuxa) şəhərində vəfat etmişdir.