Hüseyn Arac

Hüseyn Arac (15 oktyabr 1956, Kiçik Asiya) — Danimarka Sosial Demokratlar partiyasının tərcüməçisi və siyasətçisi.

Hüseyn Arac
azərb. Hüseyn Arac
Doğum tarixi 15 oktyabr 1956(1956-10-15) (68 yaş)
Doğum yeri
Milliyyəti Türk
İxtisası Siyasətçi
Fəaliyyəti siyasətçi
Partiyası

Hüseyn Arac 1956-cı ildə oktyabrın 15-də Türkiyə Anadolu şəhərində anadan olmuşdur.[1]

Hüseyn Arac 1993-cü ildə Bələdiyyə Məclisinə üzv seçilərək siyasi sferada ilk addımını atmışdır. 1998–2002-ci illərdə Arac İctimai işlər üzrə dairə başçısı olmuşdur. O,2005–2007-ci illərdə Arhus Dairə Bələdiyyəsinin üzvü seçildi.26 oktyabr 2010-cu ildən 28 avqust 2011-ci ilə qədər Kirsten Brosbolun müavini kimi "East Jutland's Storkreds"-in müvəqqəti məclis üzvü olmuşdur.[2] Hüseyn Arac hər zaman öz çıxışlarında Danimarkanı təmsil etməsinə baxmayaraq Türk olduğunu vurğulayıb və həmçinin Azərbaycana da böyük diqqət ayırmışdır və Qarabağ problemini Danimarka parlamentində gündəmə gətirmişdir.[3]

  1. "Arxivlənmiş surət". 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
  2. "Arxivlənmiş surət". 2016-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
  3. http://hafta.az/index2.php?m=yazi&id=12494[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]