Hüseyn Abbas oğlu Bayramov — dilçi, filologiya elmləri doktoru (1970), professor (1970)
Bayramov Hüseyn Abbas oğlu 1916-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1935-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun indiki (APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir.
4 noyabr 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutununda baş elmi işçi, 1960-82-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki Dillər Universiteti) Azərbaycan dilçiliyi kafedrasında dosent, professor və kafedra müdiri işləmişdir. Müasir Azərbaycan dilinin sintaksisinə və frazeologiyasına dair tədqiqatların müəllifidir.