Hüseyn Hüseynov (prokuror)

Hüseyn Muxtar oğlu Hüseynov (11 mart 1944, Qabıllı, Naxçıvan Muxtar Respublikası19 fevral 2022) — Naxçıvan Muxtar Respublikası prokuroru, ədliyyə generalı.

Hüseyn Hüseynov
1991 – 9 sentyabr 1992
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıƏjdər Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 11 mart 1944(1944-03-11)
Doğum yeri
Vəfat tarixi 19 fevral 2022(2022-02-19) (77 yaşında)
Partiya
  • Açıq Cəmiyyət Partiyası[d]
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseynov Hüseyn Muxtar oğlu 11 mart 1944-cü ildə Qabıllı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə inistitutu bitirmişdir. Marksism və Leninizm institunda iki il əlavə təhsil alır. 1963-ci ildə hərbi vəzifəsini yerinə yetirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Birinci təyinatını Xanlar rayonuna almışdır. Sonra 5–6 ay Tərtər rayonunda işləmişdir. 1969-cu ildə Qusar rayonunda prokror müstəntiqi vəzifəsində işləmişdir. Daha sonra Quba şəhərinə təyinatı çıxır. Bir müddət burada işlədikdən sonra təyinatını Abşeron rayonuna alan Hüseyn Hüseynov burada müstəntiq işləyir və zona prokrorluğuna təyin olunmuşdur. 1973–74-cü illər Şəki-Şirvan zonası prokroru işləmişdir. 1981–82-ci illər Bakı şəhəri Nərimanov rayon prokror müavini vəzifəsinə yüksəlmişdir. 1983–84-cü illər Bakı şəhər Oktyabr rayonu prokuroru təyin edilmişdir. Sonra isə Bakı istintaq şöbəsinin rəisi, daha sonra isə Bakı Baş Prokurorluğunun rəisi vəzifəsinə yüksəlir. İki il burada işləmişdir. 1991-ci ildən Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin edilmişdir.[1] 9 sentyabr 1992-ci il tarixində vəzifədən azad edilmişdir.[2] 1992-ci il sentyabr ayının 14-də Səbail rayonu prokuroru vəzifəsinə təyin olunmuşdur.[3], gömrük istintaq rəisi, ordu istintaq rəisi, təhlükəsizlik nazirliyinin istintaq idarəsinin rəisi vəzifələrini icra etmişdir. Sonra Yasamal rayon prokroru olur və 2000-ci ildə ixtisara düşür. 2002-ci ildən təqaüdə çıxmışdır.

Ədliyyə generalıdır.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

23 fevral 2013-cü il tarixdə Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin yığıncağı keçirilmişdir. Yığıncaqda təşkilatı məsələyə baxılaraq Hüseyn Hüseynov Ali Məclis sədrinin müavini seçilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  2. "Arxivlənmiş surət". 2019-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.
  3. "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.