Hüseyn Hüseynov (professor)

Hüseynov Hüseyn Şirin oğlu (English; Huseyn Huseynov Shirin Oglu. Turkish; Hüseyin Şirin Hüseyin) — professor

Hüseyn Hüseynov
Doğum yeri

Hüseyn Hüseynov 17 iyul 1951-ci ildə Ağsu rayonunun I Qaraqaşlı kəndində, Azərbaycanda dünyaya gəlib. 1973-cü ildə Bakı Dövlət Universiteti, Mexanika-Riyaziyyat Fakültəsində bakalavr təhsilini tamamlayıb. 1976-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.

1977–1980-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Funksiyonal Analiz şöbəsində köməkçi dosent heyətində uzman tədqiqatçı olaraq işləyib. 1980–1982-ci illər arasında Moskva Dövlət Universitetində tədqiqatlara davam edib. 1990-cı ildə Moskva Dövlət Universitetinin doktoranturasında doktorluq elmi dərəcəsi üçün müvəffəqiyyətlə elmi işi müdafiə etmiş və fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsi almışdır. 1982–1992-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Operatorların Spektral Teorisi Elmi şöbəsinin sədri vəzifəsini icra edərkən, 1986-cı ildə Dosent, 1992-ci ildə Professor adlarını alıb. 1993-cü ildə TÜBİTAK vasitəçiliyi ilə Türkiyəyə gəlib.

1993–2001-ci illər arasında Ege Universitetində, 2001-ci ildən etibarən Atılım Universiteti Riyaziyyat Bölümündə müəllim olaraq fəaliyyət göstərib və bir çox tələbə yetişdirib..

Ege Universitetində yetişdirdiyi bakalavr dərəcəsi tələbələri; Nüket Aykut və Ferihe Atalan, Doktora tələbələri; İlkay Yaslan, Bəxtiyar Orunov, Filiz Aras, Şerife Faydaoğlu, Nüket Aykut və İsmail Yaslan.

1997–1999-cu illər arasında ´´Periodik Əmsallı Fərq Tənliklərinin Qərarlığı Problemi´´ və 2007–2008-ci illər arasında ´´Hermitik Olmayan Diskrit Schrödinger Tənliyi Üçün Özdeğer Problemi və Tədbiqləri´´ adlı TÜBİTAK layihələrinin icrası ilə məşğul olub.

Atılım Universitetində işlədiyi illərdə Prof. Dr. Hüseyn Hüseynov Universitet Senatı Üzvü və Universitet İdarə Heyəti Üzvü, Fən Ədəbiyyat Fakültəsi Heyət və İdarə heyəti üzvü olub.

Prof. Dr. Hüseyn Hüseynovun tədqiqat mövzuları; Otomorfik Funksiyonların Spektral Teorisi, Riemann Manifoldlarının Spektral Geometriyası, Lineer və Lineer Olmayan Funksiyonal Analiz, Diferensiyal və Fərq Operatorları üçün Düz və Tərs Spektral Problemlər və onların Kortewegdə Vries Tipi Lineer Olmayan Tənliklərə Tədbiqlər və Zaman Şkalasıdır.

Prof. Dr. Hüseyn Hüseynov özəlliklə Sturm-Liouville tipi operatorların spektral teorisi və zaman şkalası(Time Scales) mövzularındakı işləri ilə dünyada öndə gedən bir alimdir.

100-dən çox elmi məqaləsi və 2000-ə yaxın elmi istinadları ilə Türkiyə və dünyada hörmətli riyaziyyatçılar arasındadır.

Prof. Dr. Hüseyn Hüseynov evli və iki oğul atası idi. 20 mart 2015-ci ildə vəfat edib.