Hüseyn Muxtar oğlu Hüseynov (11 mart 1944, Qabıllı, Naxçıvan Muxtar Respublikası – 19 fevral 2022) — Naxçıvan Muxtar Respublikası prokuroru, ədliyyə generalı.
Hüseyn Hüseynov | |
---|---|
1991 – 9 sentyabr 1992 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Əjdər Əhmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 mart 1944 |
Doğum yeri | |
Vəfat tarixi | 19 fevral 2022 (77 yaşında) |
Təhsili |
Hüseynov Hüseyn Muxtar oğlu 11 mart 1944-cü ildə Qabıllı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Marksizm və Leninizm institunda iki il əlavə təhsil alır. 1963-cü ildə hərbi vəzifəsini yerinə yetirmişdir.
Birinci təyinatını Xanlar rayonuna almışdır. Sonra 6 ay Tərtər rayonunda işləmişdir. 1969-cu ildə Qusar rayonunda prokurorluq müstəntiqi vəzifəsində işləmişdir. Daha sonra Quba şəhərinə təyinatını alır. Bir müddət burada işlədikdən sonra təyinatını Abşeron rayonuna alan Hüseyn Hüseynov burada müstəntiq işləyir və ərazi prokurorluğuna təyin edilmişdir. 1973–74-cü illər Şəki-Şirvan zonası prokuroru işləmişdir. 1981–82-ci illər Bakı şəhəri Nərimanov rayon prokuror müavini vəzifəsinə qədər yüksəlmişdir. 1983–84-cü illər Bakı şəhər Oktyabr rayonu prokuroru təyin edilmişdir. Sonra isə Bakı istintaq şöbəsinin rəisi, daha sonra isə Bakı Baş Prokurorluğunun rəisi vəzifəsinə yüksəlir. İki il burada işlədikdən sonra,1991-ci ildən Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin edilmişdir.[1] 9 sentyabr 1992-ci il tarixində vəzifədən azad edilmişdir.[2] 1992-ci il sentyabr ayının 14-də Səbail rayonu prokuroru vəzifəsinə təyin olunmuşdur.[3], gömrük istintaq rəisi, ordu istintaq rəisi, təhlükəsizlik nazirliyinin istintaq idarəsinin rəisi vəzifələrini icra etmişdir. Sonra Yasamal rayon prokroru olur və 2000-ci ildə ixtisara düşür. 2002-ci ildən təqaüdə çıxmışdır.
Ədliyyə generalıdır.
23 fevral 2013-cü il tarixdə Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin yığıncağı keçirilmişdir. Yığıncaqda təşkilatı məsələyə baxılaraq Hüseyn Hüseynov Ali Məclis sədrinin müavini seçilmişdir. Bu partiyanın rəsmi qeydiyyatı olmamışdır.