Hüseyn Hüseynov (rejissor)

Hüseyn Hüseynov — Əlavə Olunacaq

Hüseyn Hüseynov
Doğum tarixi (41 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Anası Tahirə Hüseynova
Fəaliyyəti Film rejissoru
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Həyatı - Düzəliş oluncaq[redaktə | mənbəni redaktə et]

Hüseyn Hüseynov — 14 yanvar 1983-cü il Bakı şəhərində ziyalı bir ailədə dünyaya gəlmişdir. 1989-cu ildə 190 saylı orta məktəbə başlamışdır. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinə qəbul olmuşdur.

Oxuduğu illər ərzində Beynəlxalq festivallarda iştirak etmiş və qalib gəlmişdir. Universitetdə İctimai həyatda fəal şəkildə iştirak edərək müxtəlif fotosərgilərin təşkilində və şəhərin tanınmış qalereyalarında fərdi foto sərgilərin müəllifi və qalib olmuşdur. Bu dövrdə Azərbaycan Fotoqraflar Birliyinin üzvü olmuş və beynəlxalq kataloqlarda çap olunan foto işlərin müəllifi olmuşdur.

Hüseynov, Azərbaycan Dövlət Televiziyasında bir çox veriliş və tamaşanın montaj rejissoru olmuşdur. Mədəniyyət kanalında yayımlanan "Qırmızı Xalı" verilişinin müəllifi və aparıcısıdır.

Hüseyn Hüseynov, Teleradio Akademiyasının bir müəllimidir. O 1998 -ci ildən bəri "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində montaj rejissoru kimi fəaliyyət göstərir.

2018-ci ildən etibarən isə Teleradio Akademiyasında operator və montaj rejissoru ixtisasları üzrə gənc tələbələrə müasir televiziyanın incəliklərini öyrədir. Akademiyanın tələbələri tərəfindən hazırlanan

"Şuşa, mən səni sevirəm" layihəsi daxilində "Əfsanəvi əsgər" filminin rejissoru və layihə rəhbəri olmuşdur.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Şuşa, mən səni sevirəm "Əfsanəvi əsgər" ― Rejissor.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Televiziya və Radio Akademiyası.

İstinadlar[redaktə | mənbəni redaktə et]