Tahirə Hüseynova

Tahirə Hüseynova

Tahirə Hüseynova
Tahirə Bulud Qızı Hüseynova
Doğum tarixi (70 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı Hüseyn Hüseynov Könül Hüseynova
Fəaliyyəti Film rejissoru
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Tahirə Hüseynova — Tahirə Bulud Qızı Hüseynova, 24 aprel 1953-cü il Bakı şəhərində dünyaya gəlmişdir. 1971-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və Kino" fakültəsinə qəbul olmuşdur. Bu dövrdə, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində "Kinoproqram" redaksiyasında işləməyə başlamışdır. Tahirə Hüseynova ali dərəcəli rejissordur və televiziyada uzun illər çalışaraq bir çox silsilə verilişlərin və filmlərin müəllifi olmuşdur.

O, Azərbaycan Televiziyasının ən tanınmış proqramlarından biri olan "Retro Kinozalı", "Cırtdan Kinozalı", "Kinoalmanax" kimi proqramların rejissoru olmuşdur. Hüseynova, görkəmli musiqi xadimləri Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə, Xəyyam Mirzəzadə, Rauf Hacıyev kimi şəxslər haqqında filmlərin rejissoru olmuşdur.

Tahirə Hüseynova, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür. 2018-ci ildə "Böyük Ekranda Yazılan Tarix" filmi ilə Azərbaycan Kino Akademiyasının "Azərbaycan Kinosunun 120 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər" nominasiyasında "Qızıl Pəri" Peşə Mükafatına layiq görülmüştür.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • “Əbədi iftixarımız” (Ü.Hacıbəyov) – 2010
  • “Bir ömrün fəsilləri” (X.Mirzəzadə) – 2010
  • “Jazz əfsanəsi” (2012, V.Mustafazadə, 2015-ci ildə “Teffi” mükafatı)
  • “Duvağa bürünmüş xiffət” (Q.Qarayev) – 2012
  • “Sevgi bəstəkarı” (R.Hacıyev) – 2013
  • “Musiqi sədaları ilə” (Tofiq Əhmədov) – 2013
  • “Onu hamı sevirdi” (Mirzə Babayev) – 2014
  • “Bəstəkarlar İttifaqı-80” – 2014
  • “Bəstəkar Vasif Adıgözəlov” – 2014
  • “Bəstəkar Zakir Bağırov” – 2015
  • “Xəyala dalarkən” (S.Ələsgərov) – 2015
  • “Könül mahnıları” (T.Quliyev)
  • “Biri sənsən biri mən” (İslam Rzayev) – 2016
  • “Ömrün əlvan notları” (Bəstəkar Rəşid Şəfəq) – 2017
  • “Yaddaşın simləri titrəyərkən” (Ramiz Mustafayev) – 2017
  • “İllərin sədası” (Bəstəkar Əşrəf Abbasov) – 2017
  • “Böyük ekranda yazılan tarix – Azərbaycan kinosu-120” (2018, “Qızıl Pəri” – “Azərbaycan kinosunun 120 illiyinə həsr edilmiş ən yaxşı audiovizual əsər”)
  • “Mənim həyat hekayəm” (Zaur Rzayev) – 2019
  • “Yuxu kimi” (H.Əbluc) – 2019
  • “Qayıdış işığı”
  • “Şuşa, mən səni sevirəm!”
  • “Xəyalımdakı yurdum”
  • “Mən anayam!”

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. Azərbaycan Televiziya və Radio Verilişləri QSC.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]