Hüseyn Həsənov [2] (5 iyun 1994, Sankt-Peterburq[1]) — Azərbaycan əsilli Rusiyalı video bloqer[3].
Hüseyn Həsənov | |||||||
---|---|---|---|---|---|---|---|
Hüseynxan Səttar oğlu Həsənxanov | |||||||
Şəxsi məlumatlar | |||||||
Doğum adı | Hüseynxan Səttar oğlu Həsənxanov | ||||||
Doğum tarixi | 5 iyun 1994 (30 yaş) | ||||||
Doğum yeri | |||||||
Vətəndaşlığı | |||||||
Fəaliyyəti | videobloqer, yutuber | ||||||
YouTube | |||||||
Kanal | Гусейн Гасанов | ||||||
Abunə sayı |
|
||||||
Baxış sayı |
|
||||||
Düymələr | |||||||
|
|||||||
Yenilənmə tarixi: 24 aprel 2023 il |
5 iyun 1994-cü ildə Sankt-Peterburqda anadan olub[4][5].Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirir. Həmin il xəstə olan atası Hüseynə restoran biznesini təhfil verir.[6][7]. Təhsil aldığı müddətdə KVN-də çıxış edirdi[8]bundan sonra Hüseyn Həsənov videolar yaratmağa və bloqunu davam etdirməyə başlayır. 2017-ci ildə "İlin Kişi Bloqeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb[9].
2018-ci ildə Cosmopolitanə görə Runet-də ən nüfuzlu 10 insanı sırasına daxil olub[10][11]. Elə həmin il Hüseyn Həsənov MC Doni və Lucy Chebotina-nın "Randevu" treki üçün çəkilmiş klipində rol aldı[12] [13]. İnstaqramda baxış sayına görə də rekord vurdu, bloqqerin videosuna 12 milyondan çox izləmə topladı[14][15]. 2018-ci ildə Vladimir Putinlə keçirdiyi mətbuat konfransında Hüseyn Həsənov Telegram-ın bloklanması ilə bağlı sual verdi[16]. Sonra o, " Əhval rəngim mavi" mahnısına parodiyasını - " Əhval rəngi qırmızı" buraxmağa qərar verdi. 2019-cu ildə o, "10 Lyam", Natan ilə "Seç" və Sally & Tabby ilə "Baş sənlə dolu" adlı treklərini buraxdı[17]. 2020-ci ildə "Sən yox" mahnısını buraxdı. Həsənov həm də biznes bacarıqlarının öyrədilməsi üzrə “Milyonerin ağlı” kursunun müəllifi kimidə tanınır.
Hüseyn Həsənovun atası Bakıda, anası Moskvada yaşayır[18].Marianna adlı bir qızla yaxın münasibətdə idi. 2018-ci ilin iyul ayında cütlüyün ayrıldığı məlum olur[19].Daha sonra bloqqer "Xolostyak" realiti-şousunun qəhrəmanı ola biləcəyinə işarə vurdu[20][21].
İl | Mükafat | Nominasiya | Nəticə | Mənbə |
---|---|---|---|---|
2017 | LF City Awards | İlin Kişi Bloqeri | Qazandı | |
2018 | Fashion People Awards | İlin bloggeri | Qazandı | [22][23] |
Ad | İl | |
---|---|---|
“10 lyam” | 2019 | |
"Seçin" (Natan ilə) | ||
"Baş sənlə dolu" (Sally & Tabby ilə) | ||
"Sən yox" | 2020 |