Telegram

Telegram — qlobal olaraq pulsuz, kross platforma, bulud əsaslı ani mesajlaşma xidmətidir. Xidmət həmçinin ucdan-uca şifrələnmiş söhbətlər və video zənglər, VoIP, fayl paylaşımı və bir sıra digər funksiyalar təqdim edir.[7]

Telegram
Loqonun şəkli
Tipi mobil tətbiq, veb-sayt, Veb tətbiqi
Müəllif Pavel Durov
Repozitoriya github.com/telegramdeskt…
Proqramlaşdırma dili C++, Java
İnterfeys QT
Əməliyyat sistemi iOS, Android, Microsoft Windows, Google Chrome, macOS, Linux
İnterfeysin dili ingilis dili, ispan dili, alman dili, niderland dili, italyan dili, braziliya portuqal dili, koreya dili, rus dili, fransız dili, ukrayn dili, katalan dili[6], Belarus dili, polyak dili, Malay dili, türk dili, fars dili, Özbək dili, ərəb dili, İndoneziya dili, ivrit dili, Hind dili
Yayımlanma tarixi 14 avqust 2013
Platforma Android, iOS, x86_64[d], ARM[d]
Sonuncu versiya
Sayt telegram.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, İOS üçün 14 avqust 2013-cü ildə, Android üçün 2013-cü ilin oktyabrında istifadəyə verilmişdir. Telegram serverləri məlumat yükünü azaltmaq üçün müxtəlif bölgələrdəki beş məlumat mərkəzi ilə bütün dünyaya yayılmışdır. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir.[8][9][10][11]

Layihə VKontakte-nin yaradıcısı Pavel Durov tərəfindən hazırlanmışdır. İdeya 2011-ci ildə yaranmışdır, Pavelə qardaşı Nikolay ilə elə bir əlaqə vasitəsi lazım idi ki, hökumət orqanları onların yazışmalarını oxuya bilməsin. Nikolay mesajların şifrələnməsi üçün MTPROTO sistemini hazırlamışdır, Pavel isə layihəni maliyyələşdirir və rəhbərlik edir. Şirkətin işçilərinin də əksəriyyəti VKontakte-nin keçmiş işçiləri olmuşdur. Şirkət hal-hazırda Dubayda yerləşir.

Telegram iOS üçün 14 avqust 2014-cü ildə, Android üçün 22 avqust 2014-cü ildə, WindowsmacOS üçün 7 noyabr 2013-cü ildə çıxmışdır. Telegram-ın həm də Linux üçün və veb versiyaları var.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Telegram hesabları telefon nömrələrinə bağlıdır və SMS ilə təsdiqlənir.[12] Hesab yaradılması üçün istifadə edilməsi nəzərdə tutulan platformadan asılı olmayaraq İOS və ya Android cihazı tələb olunur.[13][14] İstifadəçilər öz hesablarına birdən çox cihaz əlavə edə və onların hamısından mesaj ala bilərlər. Qoşulmuş cihazlar ayrı-ayrılıqda və ya hamısı bir anda çıxarıla bilər. Əlaqədar nömrə istənilən vaxt dəyişdirilə bilər və bunu edərkən istifadəçinin kontaktları yeni nömrəni avtomatik alacaqlar.[15] Bundan əlavə, istifadəçi telefon nömrəsini ifşa etmədən mesaj göndərməyə və qəbul etməyə imkan verən bir təxəllüsü istifadəçi adı olaraq qeyd edə bilər.[16] Telegram hesabları istənilən vaxt silinə bilər və varsayılan olaraq 6 aylıq hərəkətsizlikdən sonra avtomatik olaraq silinir. Bu da istəyə bağlı olaraq ən qısa 1 aydan ən çox 12 aya qədər uzadıla bilər.

WhatsApp, Viber, Line və s.-dən fərqli olaraq, Telegram mesajları (gizli mesajlardan başqa) öz serverlərində saxlayır. Bunun bir neçə üstünlüyü var: mesajları iCloud, Google Drive və s.-də backup etməyə ehtiyac qalmır, istənilən sayda cihazda bir-birindən asılı olmayaraq istifadə etmək olur, çox iri quplar və kanallar mövcuddur, telefonun yaddaşını doldurmamaq üçün köhnə mesajları silmək, lazım olanda yenidən yükləmək olar. Bütün mesajlar həm ötürülərkən, həm də saxlandığı yerdə şifrələnmiş olur. Mesajların şifrələnmə açarları parçalanaraq bir neçə ölkə ərazisində saxlanır və buna görə heç bir dövlətin mesajları tələb etmək hüququ olmur. Telegram indiyədək heç kimin şəxsi məlumatlarını dövlətlərə verməyib.

Qruplar və kanallar

[redaktə | mənbəni redaktə et]

Telegram 200000 nəfərədək üzvü olan qrupları dəstəkləyir. Qruplarda qrup üzvlərinin hansı hərəkətlər edəcəyini, hansı admində hansı haqların olacağını, qrupda mesajlaşma tarixçəsinin hamı üçün eyni görünüb-görünməyəcəyini təyin etmək olar. Kanalların qruplardan fərqi budur ki, kanallarda ancaq adminlər yaza bilər, amma limitsiz sayda insan abunə olub oxuya bilər. Qruplar və kanallar şəxsi və ya ictimai ola bilər.

İri faylların göndərilməsi

[redaktə | mənbəni redaktə et]

Telegram-da istənilən tipli, hərəsinin ölçüsü 1,5 GB-a qədər olan faylların paylaşılması, o cümlədən şəkil və videoların keyfiyyətini salmadan paylaşmaq imkanı var. Beləliklə, Telegram-ı həm də bulud saxlancı kimi istifadə etmək mümkündür.

Bulud mesajlarından fərqli olaraq, gizli mesajlar ancaq göndərildiyi və qəbul edildiyi cihazlarda saxlanır. Bu mesajlar bir başdan digərinədək şifrələnir, yəni şifrələnmənin açarı Telegram-ın serverlərində olmur. Bu mesajlarda özünü avtomatik məhv etmə taymeri, ekran şəkli çəkməyə və mesajları yönləndirməyə qadağa var.

Telegram-da bir başdan digərinədək şifrələnən səs zəngləri mövcuddur. Bu zənglərdə səsin keyfiyyəti digər servislərdən yaxşıdır və süni intellekt vasitəsilə təkmilləşə bilir. Şifrələmə açarlarını çox asanlıqla təsdiqləmək üçün onların 4 emoji ilə ifadəsi sistemi var.

Stikerlər, giflər və emojilər

[redaktə | mənbəni redaktə et]

Telegram-da stikerlər, giflər və emojilər paylaşmaq imkanı var. Emojilər iOS-dakı kimi görünür, gifləri sadəcə @gif yazaraq axtarmaq mümkündür. Ən əsası isə həddən artıq çox stiker var və hamısı pulsuzdur, siz özünüz də stiker yarada bilərsiniz. Stiker yükləmək üçün əlavə proqram lazım deyil. Tezliklə hərəkətli stikerlərin də gələcəyi gözlənilir.[17]

Digər xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Telegram-da öz yerinizi real-zaman rejimində paylaşmaq (live location), səs və yumru video mesajları, Instant View (saytlara sürətli baxış), Telegram Passport, ikimərhələli təsdiqləmə, göndərilmiş mesajların geri alınması və redaktəsi, App Lock və s. faydalı xüsusiyyətlər var. Telegram-ın API-ı və tətbiqlərinin qaynaq kodu açıqdır.

  1. https://t.me/WebK_en/12. 2023.
  2. Telegram. Google Play.
  3. Telegram Messenger. App Store.
  4. Telegram for macOS.
  5. Releases v5.2.3.
  6. https://www.elnacional.cat/es/tecnologia/telegram-catalan_333537_102.html.
  7. "Telegram introduces end-to-end encrypted video calls". The Next Web. 14 August 2020. 1 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2021.
  8. "Rusiyalı Zukerberq yeni ani mesajlaşma xidməti olan Telegram-ı işə salıb". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  9. "Rusiyanın ən böyük sosial şəbəkəsi olan VK-nın təsisçilərindən Təhlükəsiz Mesajlaşma Proqramı olan Telegramla tanış olun". 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  10. "' Heç kim blok edə bilməz': Telegram tətbiqi qlobal etirazı necə alovlandırır". 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  11. "Telegramın təkamülü". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  12. "iPhone-da, internetdə və Mac-da Telegram-ın qurulması". 2019-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  13. "masaüstü versiyada sms kodu ilə giriş yoxdur". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  14. "Telegram hesabı yaratmaq və populyar qrup söhbət proqramından necə istifadə etməyə başlamaq olar". 2021-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  15. "Telegram ahora permite traspasar mensajes al cambiar de número". 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-01.
  16. "Secure Messaging App Telegram Adds Usernames And Snapchat-Like Hold-To-View For Media". 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-01.
  17. "Arxivlənmiş surət". 2018-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]