Hüseyn Olan (1959, Bitlis ili) — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Hüseyn Olan | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Bitlis |
Bitlis Bələdiyyəsinin sədri | |
aprel 2014 – 25 noyabr 2016 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1959 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | təbib, siyasətçi |
Hüseyn Olan 1959-cu ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq Bölməsindən məzun olub.[1]
35 il Bitlisdə əczacı olaraq çalışıb. Van Əczaçılar Palatasında vəzifələrdə təmsil olunub. 2007-2009-cu illərdə T. C. Əczaçılar Birliyinin Təftiş Şurasının üzvü, 2009-2011-ci illərdə isə T. C. Əczaçılar Birliyinin İdarə Komitəsinin üzvü olub.[1] 2007-ci ildə Barış Məclisinin qurulmasında yer alıb.
Siyasi fəaliyyətinə 1981-ci ildə və 1996-cı ildə bir il müddətinə azadlıqdan məhrum edilib.
2014-cu ildə Bitlis bələdiyyəsinin sədri seçilib.[1] 2016-cı il noyabrın 25-də həbs edilib və əvəzinə qəyyum təyin edilib. Bitlis Ağır Cəza Məhkəməsinin qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2022-ci il iyulun 7-də onun həbs cəzası başa çatıb və o, azadlığa buraxılıb.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Bitlis ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial Məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Evlidir və 3 uşaq atasıdır.[1]