Hüseyn Quliyev (diplomat, 1946)

Hüseyn Quliyev (tam adı: Quliyev Hüseyn Rzaqulu oğlu;23 iyun 1946, Naxçıvan) — Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri[1]

Hüseyn Quliyev
Quliyev Hüseyn Rzaqulu oğlu
Azərbaycan Respublikasının
Özbəkistanndakı
Fövqəladə və səlahiyyətli səfiri
31 oktyabr 2012 – Hal-hazırda
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyun 1946(1946-06-23) (78 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxumuşdur. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil almışdır.

Evlidir, iki uşağı və üç nəvəsi var.

1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.

1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləmişdir.

1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləmişdir.

1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olmuşdur.

1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi,

1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır.

2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.

2009–2012-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, İdarə rəisi

2012-ci ildən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[2]

  1. "Səfirin tərcümeyi-halı AZƏRBAYCAN". 2020-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
  2. "H.R.Quliyevin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.