Hüseyn Sözlü — "Tərəqqi" medalı laueratı
Hüseyn Sözlü | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 may 1965 (59 yaş) |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Hüseyn Sözlü 1965-ci ildə Ceyhan şəhərində anadan olmuşdur. 1990-cı ildə DSİACO şirkətində çalışmışdır.1992-ci ildə Ceyhan Ülkü Ocağının sədri olmuşdur. Türkiyənin Milliyyətci Hərəkat Partiyasının fəal üzvlərindəndir. 1999-cu ildə Ceyhan Bələdiyyəsinin sədri secilmişdir. Bələdiyyəyə rəhbərlik etdiyi dövrlərdə həyata kecirdiyi layihələrə görə yerli əhalinin rəğbətini qazanmışdır 2005-ci ildə İsgəndərun, Payas, Ceyhan Sarımazı, Mərsin-Toroslar, Lapseki şəhərlərinin bələdiyyə başcılarını və bu ölkədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin üzvlərindən ibarət nümayəndə heyətinin tərkibindəAzərbaycanda səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident Sarayında nümayəndə heyətini qəbul etmişdir.Məhz onun dəstəyi ilə 2006-cı il iyulun 13-də Ceyhanda Heydər Əliyevin adını daşıyan "Türkiyə-Azərbaycan qardaşlığı parkı" acılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan parkın təntənəli açılışında iştirak etmişlər.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.