Hüseyn Sanı

Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq.

Hüseyn Hüseynov
Hüseyn Paşa oğlu Hüseynov
Doğum tarixi 1900
Doğum yeri
Vəfat tarixi 1970
Vəfat yeri
Dəfn yeri
Uşaqları Tofiq Hüseynov, Sabir
Atası Paşa
Fəaliyyəti pedaqoq, şair
Mükafatları "Şərəf nişanı" ordeni
Ermənistan SSR əməkdar müəllimi

Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub.

İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır.

Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər.[1]

Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır.

1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur.[2]

Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur. O heç vaxt əlinə saz alıb el məclisləri keçirməmişdir. Sazın hazırlanmasında usta kimi fəaliyyət göstərmişdir.

Səməd Vurğun, Hümmət Əlizadə, Şeyda Əziz, Miskin Əli və başqaları ilə dostluq etmişdir.

  • "Əməkdar müəllim" fəxri adı
  • "Şərəf nişanı" ordeni

Tofiq Hüseynovun atasıdır.

  • "Qoşa qəlbin duyğuları", Bakı, "Təbib", 2008, 218 səh., tiraj 500.
  1. Azərbaycan aşıq şeirindən seçmələr. II cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005. səh.235–257
  2. Aşıqlar. (toplayanı: Hümmət Əlizadə), Bakı, "Azərnəşr", 1938. səh. 240–288

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]