Hüseyn bəy Mahmudbəyov

Hüseyin bəy Behbud bəy oğlu MahmudbəyovZəngəzurun qəza rəisi (1919), repressiya qurbanı.

Hüseyn bəy Mahmudbəyov
Hüseyin bəy Behbud bəy oğlu Mahmudbəyov
Vəzifədədir
1919-cu ildən
ƏvvəlkiFərəc bəy Məliknamazəliyev
SonrakıCamal bəy Sultanov
ƏvvəlkiƏləkbər bəy Bəhrəmbəyov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şuşa
Vəfat tarixi
Vəfat səbəbi represiyya edilib
Atası Behbud bəy Mahmudbəyov

Hüseyn bəy Behbud bəy oğlu Mahmudbəyov 1874-cü ildə Şuşada əsilli ailədə anadan olmişdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şəhər məktəbində oxumuşdu. Daha sonra Şuşa qəza idarəsində 2-ci dərəcəli dəftərxana xidmətçisi kimi işə başlamışdı. Tərcüməçı və pristav vəzifələrini də daşımışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əvvəlcə Zəngəzur və Cəbrayıl-Karyagin (indiki Füzuli rayonu) qəzalarında böyük köməkçi, sonra isə qəza rəisi vəzifəsində çalışmışdır.

1919-cu il yanvarın 15-də Qarabağ General-Qubernatorluğu yaradılan zaman, general-qubernator Xosrov bəy Sultanovun köməkçisi (müavini ) vəzifəsinə təyin olunmuşdu (digər köməkçi erməni Qriqori Kələntərov idi...). H. Mahmudbəyov bu vəzifədə AXC-nin süqutunadək xidmət etmişdi.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra vəzifədən kənarlaşdırılaraq, bir müddətdən sonra həbs olunan Hüseyn bəy Mahmudbəyov naməlum şəraitdə güllələnmişdi.[1]

  1. İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013