Məliknamazəliyev Fərəc bəy Kərbəlayı Mehdi bəy oğlu — Zəngəzur qəzasının rəisi, titulyar müşavir, repressiya qurbanı.
Fərəc bəy Məliknamazəliyev | |
---|---|
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Hüseyn bəy Mahmudbəyov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Pirəhmədli, Vərəndə sahəsi, Şuşa qəzası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Pirəhmədli, Şuşa qəzası, Gəncə quberniyası, Azərbaycan SSR |
Atası | Kərbəlayı Mehdi bəy |
Həyat yoldaşları | Bədircahan bəyim Mustafa ağa qızı Cavanşir, Asiyabəyim xanım Axundova |
Uşağı | Həsən bəy |
Fərəc bəy Məliknamazəliyev 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Pirəhmədli kəndində anadan olmuşdu. Şuşa qəza məktəbini bitirəndən sonra dövlət idarələrində qulluğa başlamışdı. Öncə Tiflisdə Qafqaz canişinliyində tərcüməçi işləmişdi. Zaqatala sahəsində polis pristavı kimi çalışmışdı. Bir müddət də Qaryagin qəzasında işləmişdi. ADR dönəmində Zəngəzur qəzasının rəisi vəzifəsinə təyin olunmuşdu. Erməni basqınçılarına qarşı camaatın müdafiəsini təşkil etmişdi. Arxiv sənədlərində yazılır: "Cəbrayıl və Zəngəzur qəza rəisi Məliknamazəliyevdən teleqram. İngilis-Fransız nümayənədləri çıxıb getdikdən sonra dekabrın 10-da ermənilər müsəlmanların Şəbədiyə və beşinci sahənin başqa kəndlərinə hücum etdilər. Əsir ermənilər belə ifadə verirlər ki, bütün hadisələrin günahkarı Andranikdir: çaya qədər bütün torpaqları o, Ermənistana birləşdirmək qərarına gəlib, buna görə də döyüşdən boyun qaçırdan erməniləri asır. Küm dərəsi yanında döyüşlər gedir".
Quberniya katibi dərəcəsindən titulyar müşavir dərəcəsinə qədər ucalmışdı. Fərəc bəy Məliknamazəliyev 1921-ci ildə bolşeviklər tərəfindən öldürülüb.
Fərəc bəy öncə Bədircahan bəyim Mustafa ağa qızı Cavanşirlə, onun vəfatından sonra isə Asiyabəyim xanım Axundova ilə ailə qurmuşdu. Həsən bəy adlı oğlu vardı.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |