Hüseynqulu xan Qovanlı-Qacar (1751-1775) — Qacar sərkərdəsi, Fətəli şahın atası.
Hüseynqulu xan Qovanlı-Qacar | |
---|---|
Hüseynqulu xan Məhəmmədhəsən xan oğlu Qovanlı-Qacar | |
Digər adı | Hüseynqulu xan Cahansuz |
Doğum tarixi | |
Doğum yeri | Astrabad, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Damğan, İran |
Uşağı | |
Atası | Məhəmməd Həsən xan Qacar |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmmədhəsən xanın ikinci oğlu Hüseynqulu xan 1751-ci ildə Astrabad civarında dünyaya gəlmişdir.
Hüseynqulu xan Kərim xan Zənd tərəfindən Damğanın hakimi olmuşdu. Sonra qiyam qaldırıb müstəqilliyini elan etmişdi.
Polkovnik Qold Smit Hüseynqulu xanın öldürülməsi barədə belə yazır: "Kərim xan Zənd gördü ki, Cahansuz şahın öhdəsindən gələ bilmir. Onun üstünə qoşun çəkəsi olsa, gərək milyonlarla pul xərcləyə və özü də Astarabada gedə. Ona görə qərara gəldi ki, bir nəfər qatil göndərsin. Ona görə Əli xan Dəvəlini hüzuruna çağırıb ona dedi: "Nə qədər pul istəsən, sənə verəcəyəm, bu şərtlə ki, Hüseynqulu xanı öldürəsən. Ona tapşırdı ki, Astarabada çatanda özünü ipək taciri kimi qələmə versin".
Əli xan Dəvəli-Qacar Hüseynqulu xanın qan düşmənlərini tapıb başına topladı.
Hüseynqulu xan Cahansuz 1775-ci ildə qisasçı Artuq Köklən-Türkmən tərəfindən öldürüldü.
Hüseynqulu xan Məhəmməd xan İzzəddinli-Qacarın Məhdiülya ləqəbli qızı Ağabacı xanımla ailə qurmuşdu. Baba xan (Fətəli şah), Hüseynqulu xan, Məhəmmədsadıq xan adlı oğulları vardı.