Hüsnü Xəlil oğlu Əjdərov (12 fevral 1941, Kirovabad) — fizika-riyaziyyat elmləri doktoru.
Hüsnü Əjdərov | |
---|---|
Doğum tarixi | 12 fevral 1941 (83 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Əjdərov Xəlil Hüseyn oglu |
Anası | Əjdərova Şölə Paşa qızı |
Elm sahələri | yarımkeçiricilər fizikası və texnologiyası |
Elmi dərəcəsi | fizika - riyaziyyat elmləri doktoru |
Elmi adı | laboratoriya rəhbəri |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Tahirov Vladimir İsmayil oğlu |
Tanınmış yetirmələri | f.r.e.d. Kəzımzadə Rəna Zəki qızı, f.r.e.d. Rzayev Salman Qədimalı oğlu |
Tanınır | Germanium-silisium və almazabənzər yarımkeçirici kristalların alınması və onların elektron xassələrinin öyrənilməsi ilə bağlı elmi işləri ilə dünyada görkəmli mütəxəssis kimi tanınır. |
Mükafatları | AMEA-nın Fəxri Fərmanı. Birləşmiş Veteranlar Şurasınım Fəxri Fərmanı. ABİ-USA Gold Medal for Azerbaijan. AMEA Fizika-riyaziyyat və texnika elmləri bölməsi-nin Fəxri Fərmanı. |
12 fevral 1941-ci ildə Gəncə şəhərində doğulub.
Germanium-silisium kristallarında dərin və dayaz aşqar atomlarının əsas enerji hallarının spektri təyin edilib. Geniş temperatur intervalında Ge-Si sistemində sərbəst elektrik yük daşıyıcılarının səpilmə mexanizmləri və qanunauyğunluqları öyrənilib. Aşqar atomlarını əhatə edən nanohəcmlərin tərkibinin qeyri identivliyi ilə əlaqəli bərk məhlul kristallarında yaranan elektron xassələrinin xüsusiyyətləri aşkar edilib və araşdırılıb.
Böyük Britaniyada aparılan tədqiqatlar əsasında göstərilib ki, almazabənzər A3B5 kristallarında ultrakvant rejimdə, elektronların aşqar ionlarından səpilməsi üstünlük təşkil edəndə, matrisada böyük neqativ uzununa maqnit müqaviməti müşaidə edilir.
Yarımkeçirici bərk məhlul sistemlərinin verilmiş tərkibdə alınması, onların müxtəlif aşqar elementlərlə leqirə edilmə texnologiyaları və bu məsələlərin fiziki-riyazi əsasları geniş inkişaf etdirilib. Ərintidən bircinsli və dəyişən tərkibli yarımkeçirici bərk məhlul monokristallarının alınması və aşqarlanması üçün bir sıra innovativ üsulların kosepsiyaları və nəzəri əsasları verilib.
AMEA Fizika İnstitutunun laboratoriya müdiri, AMEA Fizika İnstitutunun Ümumi sektorunun rəhbəri, Bakı Dövlət Universitetinin D02.012 (bərk cisim fizikası) Dissertasiya Müdafiə şurasının üzvü, 2011–2012-ci illərə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının fizika üzrə ekspert şurasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının "Xəbərlər" jurnalı, Fizika- riyaziyyat və texnika elmləri seriyasının Fizika və Astronomiya buraxılışının redaksiya heyətinin üzvü, Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının "Elektron texnikasının funksional materialları" Şurasının üzvü və Fizika institutunun elmi şura üzvi kimi elmi-təşkilatı fəaliyyət göstərir.