Həşəratın bığcıqlarının quruluşu və tipləri — Bığcıqlar və ya antenna həşərat üçün səciyyəvi orqan olub bir cütdür[1]. Həşərat sinifində ancaq bığcıqsızlar dəstəsində bıöcıq yoxdur. Bığcıqlar başda, alının yanlarında, gözlərin arasında yerləşmişdir. Bığcıqlar həşəratın növündən aslı olaraq müxtəlif ölçüdədir. Bədənə birləşən birinci buğum saplaq, ikinci buğum ayaqcıq, qalan buğumlar isə qamçı adlanır. Bığcıqlar adətən çoxlu miqdarda buğumlardan təşkil olunmuşdur.Bəzən biğcıq qisa onların buğumluluğu az olur. Məsələn, milçək və iynəcələrdə bığcıq üç buğumdan ibarətdir. Böcəklərdə adətən 11, pərdəqanadlılarda 12-13 buğum olur. Bəzi həşəratda isə bığcıqlar uzun və çox buğumlu olub, bədənlərindən uzun olur. Məsələn şalalalarda, uzunbığ böcəklərdə bığcıqlar çoxbuğumlu və uzundur. Bığcıqlar hərəkətlidir və onlar hiss orqanlarıdır, yəni lamisə və iybilmə orqanlarıdır. Quruluş etibarı ilə bığcıqlar həşəratda olduqca müxtəlifdir. Quruluşlarına görə bir çox bığcıq tipləri vardır.
Qılşəkilli bığcıqların buğumları silindirşəkillidir, nazikdir və uc tərəfdə getdikcə nazikləşir. Məsələn, tarakan, sisək, şalalar[1].
Sapşəkilli bığciqların buğumları az və ya çox dərəcədə eynidir, silindirşəkillidir, birinci üç buğumu yoğunlaşmış formada ola bilir. Məsələn çəyirtkələr, bəzi kəpənəklər- odlucalar.
Təsbehşəkilli bığcıqlarda buğumlar qisa və yoğundur və təsbeh kimi bir-birinə birləşmişdir. Məsələn: dozanqurddu böcəyi[1].
Mişarşəkilli bığcıqların buğumları üçküncdür mişara oxşardır, hər bir tərəfi itidir şıqqıltılı və qızılı böcəklər.
Daraqşəkilli bığcıqlar mişarşəkilli bığcıqlara oxşardır, lakin onların iti ucları uzun çıxıntıya malik olub, darağa oxşayır[1].
Sancaqşəkilli bığcıqların yuxarı hisssi yoğunlaşaraq sancaq formasındadır. Məsələn: kələm kəpənəyi.
İynəşəkilli bığcıqlar orta hissədə bığciq enliləşir.Məsələn: alabəzək kəpənək[1].
Lövhəşəkilli bığcıqlarda bığcıqlar lövhə formda olur. Məsələn: may böcəyi.
Dirsəkli bığcıqların birinci buğumu nəzərə çarpacq dərəcədə və sonrakı buğumla birləşərək dirsək formasını alir. Məsələn: arı.
Lələkçəkilli bığcıqlar quş lələyinə oxşar formadadır. Məsələn: ipəksarıyan kəpənəklər[1].
Qıllı bığcıqlar adətən, 3 buğumludur və axrıncı buğum yandan çıxıntıya malikdir. Məsələn: ev milçəyi və isveç milçəyi[1].