Həbəşistan pişiyi

Həbəşistan pişiyi — qısa tüklü ev pişiyi cinsi.[1] Tarixən digərləri ilə müqayisədə bir cins olaraq nisbətən müəmmalı hesab edilsə də, Həbəşistan pişiyi 2016-cı ildə "The Cat Fancier Association" və "The International Cat Association" tərəfindən ən populyar beş cins arasında qeyd edilmişdir.[2]

Həbəşistan pişiyi
Mənşəyi
Ölkə Efiopiya
İl1882
Klassifikasiya FIFe
KateqoriyaIII – shorthair & somali
StandartABY
Klassifikasiya WCF
Kateqoriya3 – Shorthair
StandartABY
Həbəşistan pişiyi Vikianbarda

Tarixi[redaktə | mənbəni redaktə et]

Həbəşistan pişiyinin əcdadı Həbəşistan (indiki Efiopiya) ərazisində yaşayan vəhşi Afrika pişiyi hesab olunur. 1860-cı illərdə Britaniya hərbi ekspedisiyası bu pişiyin Efiopiyadan Birləşmiş Krallıq ərazisinə gətirilməsinə səbəb olmuş, burada onun yetişdirilmə işləri davam etmişdir.[3]

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Həbəşistan pişiyi orta boylu, bədəni incədir. Kürkü qısa və incədir, dəriyə yaxındır. Rəngi ​​müxtəlifdir, lakin daha çox qara və ya tünd qəhvəyi ucları olan qırmızı-qəhvəyi, tünd qırmızı, mavidir. Başı kiçikdir, güclü çənəsi var. Qulaqları nisbətən böyükdür, şaquli şəkildə qurulur, geniş bazası var və yuvarlaq ucları tüklüdür. Gözləri iri, badam şəklindədir və adətən yaşıl, sarı və ya qəhvəyi rəngdə olur. Pəncələri kiçik, oval formasındadır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Abyssinian Breed Description". catzinc.org. 2017-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-31.
  2. "Abyssinian". VCA Animal Hospitals. December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2016.
  3. 1 2 Энциклопедический словарь. 2009. АБИССИНСКАЯ КОШКА.