Həbibə Qasımova

Həbibə Süleyman qızı Qasımova (d. 24 avqust 1922, Bakı, Azərbaycan SSR - ö. 19 noyabr 2014,Bakı, Azərbaycan) — biologiya elmləri doktoru (1963), professor (1965), Azərbaycan SSR-nin Əməkdar elm xadimi[1] (1980), Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim[2]

Həbibə Qasımova
Həbibə Süleyman qızı Qasımova
Doğum tarixi
Doğum yeri Bakı
Azərbaycan Azərbaycan SSR
SSRİ SSRİ
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Bakı
Azərbaycan Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi Biologiya elmləri doktoru (1963)
Elmi adı professor (1965)
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları Azərbaycan SSR əməkdar elm xadimi

Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub[3]. 1939-cu ildə orta məktəbi bitirmişdir[4]. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini "Fərqlənmə" diplomu[4] ilə bitirmişdir[3]. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir[4].

1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır[4].

Həbibə Qasımova 1963-cü ildə[3] "Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır[4].

1965-ci ildə professor elmi dərəcəsi almış, 1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür[3].

1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı olmuşdur[4].

1967-ci ildən Azərbaycan Dövlət Universitetinin ibtidai bitkilərin sistematikası və mikrobiologiya kafedrasının müdiri olmuşdur[3].

150-dən artıq elmi əsərin, 5 tədris kitabının, 2 ixtiranın müəllifidir. İllinoys ştatı (ABŞ) Elmlər Akademiyasının həqiqi üzvü idi[3].

Həbibə Qasımova 18 noyabr 2014-cü ildə Bakı şəhərində vəfat edib[5].

  1. "Bakı Dövlət Universiteti – Biologiya fakültəsi: Fakültənin görkəmli məzunları və elm xadimləri". Bakı Dövlət Universiteti – Mətbuat və İnformasiya şöbəsi (az.). press.bsu.edu.az. 2016-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  2. Esmira. "Sürüklənən bəşəriyyət qadınla yüksələcək: Qadın və cəmiyyət, Məşhur qadınlarımız". Ana və Uşaq (az.). anaveusaq.az. 23-03-2014, 10:00. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  3. 1 2 3 4 5 6 7 "QASIMOVA Həbibə Süleyman qızı". Azərbaycan Gender İnformasiya Mərkəzi (az.). gender-az.org. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.
  4. 1 2 3 4 5 6 7 8 9 Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.165-167.
  5. "Azərbaycan elminə ağır itki üz verdi" (az.). aznews.az. 20.11.2014 - 10:30. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-20.