Həbib Minaçeviç Minaçev (24 dekabr 1908 və ya 11 (24) dekabr 1908[1], Kır Bikşege[d], Çuvaşıstan MSSR[d] – 25 mart 2002[1], Moskva) — Kimya elmləri doktoru, SSRİ EA akademiki.
Həbib Minaçev | |
---|---|
Həbib Minaçeviç Minaçev | |
Doğum tarixi | 24 dekabr 1908 və ya 11 (24) dekabr 1908[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 mart 2002[1] (94 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahəsi | üzvi kimya |
Elmi dərəcəsi | Kimya elmləri doktoru |
Elmi adı | SSRİ EA akademiki |
İş yeri | N.D.Zelinski adına Üzvi Kimya İnstitutu |
Təhsili | |
Elmi rəhbəri | Nikolay Zelinski |
Üzvlüyü | |
Mükafatları |
|
Xabib Minaçeviç Minaçev Simbirsk vilayətinin Polevıye Bikşiki kəndində anadan olmuşdur. 1927-ci ildə Moskvaya köçdü. 1929-1933-cü illərdə Moskva Dövlət Universitetinin fəhlə fakültəsində təhsil almışdır. 1939-cu ildə Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirmiş və Zelinski adına Üzvi Kimya İnstitutunda kiçik elmi işçi kimi işləməyə başlamışdır. 1942-ci ilin sentyabrında orduya çağırıldı. 1944-cü ildən Sov.İKP üzvü seçilmişdir. Müharibə başa çatdıqdan sonra o, Zelinski İnstitutunda işləməyə davam etmişdir. 1950-ci ildə böyük elmi işçi vəzifəsini almışdır. 1954-cü ildə - kimya elmləri doktoru elmi dərəcəsi almışdır. 1955-1977-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1963-cü ildə Həbib Minaçev 1990-cı ilə qədər rəhbərlik etdiyi Zelinski İnstitutunda nadir və mikroelementlər üzrə kataliz laboratoriyası təşkil etmişdir. 28 noyabr 1972-ci ildə texniki üzvi kimya üzrə ixtisaslaşan SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 15 mart 1979-cu ildə - üzvi kimya ixtisası üzrə akademik elmi dərəcəsini almışdır.
25 mart 2002-ci ildə vəfat etmişdir. Moskva vilayətinin Odintsovo rayonunun Lutsino kənd qəbiristanlığında dəfn edilib.