Həbib Rzayev

Rzayev Həbib Allahverdioğlu (26 dekabr 1923, Nehrəm12 avqust 1997, Bakı) — Naxçıvan MSSR-in Baş prokuroru, ədliyyə general-mayoru.

Həbib Rzayev
bayraq
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının prokuroru
bayraq2
1975 – 1980
ƏvvəlkiRəşid Həsənov
SonrakıƏləddin Sultanov
Şəxsi məlumatlar
Doğum tarixi 26 dekabr 1923(1923-12-26)
Doğum yeri
Vəfat tarixi 12 avqust 1997(1997-08-12) (73 yaşında)
Vəfat yeri

Həbib Rzayev 26 dekabr 1923-cü il tarixində Nehrəm kəndində anadan olmuşdur. 1942-ci ildə Orconikidze (indiki Vladiqafqaz) Səhra komandirləri kursunu, 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1947-ci ildə Bakı hüquq məktəbini, 1954-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır.

Həbib Rzayev 12 avqust 1997-ci ildə Bakıda vəfat etmişdir.

Həbib Rzayev 1961–1969-cu illərdə Noraşen rayonu prokuroru, 1970–1975-ci illərdə Kürdəmir rayon prokuroru, 1975–1980-ci illərdə Naxçıvan MSSR Baş prokuroru vəzifələrində çalışmışdır.[1]

Vətən müharibəsi ordeni və medallarla, SSRİ-nin əlaçı hüquqşünası döş nişanı ilə təltif olunmuşdur.

  • Naxçıvan Ensiklopediyası (Bakı–2002)
  • Elmin Nuri. ""Bir kəndin məşhurları" – Cəlil Məmmədquluzadənin kəndinin tanınmışları". 28.08.2015.
  1. "Arxivlənmiş surət". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-25.