Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həccac ibn Yusif (1 iyun 661, Taif, Hicaz, Əməvilər xilafəti – 1 iyun 714, Vasit, Əməvilər xilafəti) — Əməvilər xilafətinin sərkərdəsi.
Həccac ibn Yusif | |
---|---|
ərəb. الحجاج بن يوسف الثقفي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyun 661 |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyun 714 (53 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Vikianbarda əlaqəli mediafayllar |
Məsudi "Mürucuz-zəhəb" və İbn əl-Əsirin "əl-Kamilu fit-tarix" kitablarında yazılmışdır: "Elə ki Həccac ibn Yusif İraqın hakimi vəzifəsinə təyin olunaraq öz hakimiyyətinin qərargahı olan Kufəyə daxil oldu, ilk nitqini (müraciətini) bismillahsız, qorxutma, çoxlu hədə ilə başladı və bununla da özünün qaniçən olduğunu göstərdi. Ilk nitqində işlətdiyi cümlələrdən biri də bu idi: "Ey Iraq xalqı! Ey təfriqəçi, nifaqçı və ən pis sifətlərə malik olanlar! And olsun Allaha ki, mən sizin aranızda ucalmış boyunlar və biçilmək vaxtı yetişmiş çoxlu başlar görürəm! Və bu mənim işimdir! Ey Iraq əhalisi! Bilin, and olsun Allaha mən nə sizin səhvinizi bağışlayacağam, nə də sizin üzrünüzü qəbul edəcəyəm."[1];[2] Sonra göstəriş verdi ki, gərək sizin hamınız şəhərin kənarında toplaşasınız və Bəsrədə hökumət əleyhdarları ilə döyüşən Məhləbə kömək etməyə tələsəsiniz. Hər kəs bu əmrdən boyun qaçırsa, boynunu vuracaq, evini viran edəcəyəm. Üç gün sonra Həccac şəxsən Kufə əhalisinin Bəsrəyə tərəf hərəkətini müşahidə etdiyi vaxt Kufə qəbilələrinin başçılarından olan Ümeyr ibn Zabi adlı bir qoca onun yanına gəlib dedi: Əmir! Mən beli bükülmüş, zəif bir qocayam və bir neçə gənc övladım müharibədə iştirak edir. Onlardan birini mənim yerimə hesab et və məni bu müharibədə iştirak etməkdən azad et. Hələ qocanın sözü qurtarmamışdı ki, Həccac əmr etdi qocanın boynunu vurdular və sərvətini, var-dövlətini müsadirə etdilər. Kufə camaatı şəhərdən çıxaraq Bəsrə döyüşündə iştirak etmək üçün bu təziyqləri gördükdə izdiham yaradaraq elə tələsik axışdı ki, bir neçə nəfər körpünün üstündən Fərata yıxılaraq boğuldu."[3]
Tarixçilərin yazdığına görə Həccac doxsan beşinci (h.q) ilində 20 illik hakimiyyətdən sonra ölərkən bu müddətdə onun əmrilə qətlə yetirilənlərin sayı (müharibələrdə ölənlərdən başqa) yüz iyirmi min nəfəri ötürdü. Həccac ölən zaman onun həbsxanalarında əlli min kişi və otuz min qadın var idi ki, bu qadınlardan on altı min nəfəri çılpaq idi.
Məsudi bu hadisəni nəql etdikdən sonra yazır: "Həccac qadınla kişini bir həbsxanada saxlayırdı və onun həbsxanalarının tavanı yox idi ki, qızmar günəşin istisinin, habelə qışın külək, yağış və soyuğunun qarşısını alsın."[4]
İbn əl-Cövzinin tarixində göstərilir ki, Həccacın məhbuslarının yeməyini arpa unu, kül və duzun qarışığı təşkil edirdi. Həccacın zindanlarında bir neçə gün yatan hər kəs bu növ qidanın və günəş şüasının nəticəsində qara dərili insan şəklinə düşürdü.[5]
İbn Qüteybə Dinəvəri yazır: "Bəsrə camaatının müxalifətinə görə ramazan ayı cümə günündə bu şəhərə daxil olan Həccac ibn Yusif düşünülmüş bir hiylə ilə şəhərin mərkəzi məscidində yetmiş min nəfəri birdən qılıncdan keçirdi və bu, tarixdə görünməyən bir cinayətdir."(Bu hadisənin geniş şərhini "əl-Imamətu vəs-siyasət" c-2 səh-32-də mütaliə edə bilərsiniz)
Livanlı yazıçısı mərhum Şeyx Məhəmmədcavad Muğniyə yazır: "Mən tarixdə qaniçənlik və daşürəklilik barəsində nə qədər mütaliə etmişəmsə, Həccac kimisini görməmişəm. Yalnız Neron barəsində bir sıra mətləblər eşidirəm ki, Həccacın qaniçən və qəddarlıq əhval-ruhiyyəsini təsvir edir. O, Romaya od vurduqdan sonra ucalan şö’lələrə tamaşa edir, od-alov arasından qadınların və uşaqların eşidilən ah-naləsinə qulaq asaraq gülürdü."[6]
Nəhayət, Ömər ibn Əbdüləziz Həccac barəsində deyirdi: "Əgər bütün millətlər ən xəbis və qaniçən nümayəndələrini cinayət, xəbislik müsabiqəsinə gətirsələr, bu alçaqlıq yarışında biz Həccacı irəli versək, bütün dünyaya qalib gələrik."[7]
Burada İmamın sözlərinin mənası müəyyən qədər aydın olur: "Allah onlara elə bir hakim göndərər ki, onları qadınların əski parçasından da alçaq edər."
Həccac ibn Yusifin Mahmud adlı oğlu vardı. Mahmud bir müddət Qəzvini idarə etmişdi.