Hədəf Bakıdır (film, 2015)

Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu və ya qısaca Hədəf Bakıdırİkinci Dünya müharibəsi barədə çəkilmiş sənədli film.[1]

Hədəf Bakıdır
Filmin afişası
Filmin afişası
Rejissor Robert Maqnerot
Əsərin müəllifi Lui Vodevil
İstehsalçı Baku Media Center
Filmin növü sənədli televiziya filmi
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2015

Film Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edir. Filmdə mühərriklər müharibəsi adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən — neft uğrunda döyüş mövqeyindən baxılır. 1941–1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür.

Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun qara qızılı Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi. Filmdə bugünədək nümayiş etdirilməyən kinokadrlar restavrasiya olunaraq rəngli formatda təqdim edilir.

Film Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmişdir.[2] Filmin layihə rəhbəri Arzu Əliyevadır.[3]

"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" filminin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.[4]

  1. Abdullayeva, S. “Hədəf Bakıdır...” sənədli filminin təqdimatı olub: [Heydər Əliyev Mərkəzində] //525-ci qəzet.- 2015.- 6 may.- S.7; Mədəniyyət.- 2015.- 6 may.- S.3.
  2. Heydər Əliyev Fondunun dəstəyi ilə faşizm üzərində Qələbəyə həsr olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi istehsal edilib //Azərbaycan.- 2015.- 30 aprel.- S.11.
  3. “Hədəf Bakıdır...” filmi Fransa telekanalında: [Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli film haqqında] //Mədəniyyət.- 2015.- 13 noyabr.- S.16.
  4. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin təqdimatı keçirilib: Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib: [filmin rejissoru Robert Maqnerotdur (Robert Mugnerot)] //Azərbaycan.- 2015.- 5 may.- S. 4-5.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]