Hədis Nəcəfi

Hədis Nəcəfinin öldürülməsi (5 yanvar 2000, Kərəc, Tehran ostanı21 sentyabr 2022, Kərəc) — Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda iştirak edən 22 yaşlı azərbaycanlı[1][2][3] Hədis Nəcəfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə güllələnməsi[4][5][6].

Hədis Nəcəfinin öldürülməsi
Tarix 21 sentyabr 2022
Yeri Kərəc, İran İran
Səbəbi güllələnib
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində anadan olub[7]. Anası və atası Miyanədən olan azərbaycanlılardır.[8][9] Ailədə özündən böyük 3 bacısı və bir kiçik qardaşı var. Valideynləri Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olublar. Hədis Nəcəfi dizayn üzrə təhsil alsa da Kərəcdə Mehrşəhr bölgəsində bir restoranda kassir kimi işləyib. Bəzi mənbələrə görə şairə və ədəbiyyatçı kimi tanınıb[10]

Şəxsi instaqram səhifəsində yerləşdirdiyi son videosunda "Hazırda etirazlara gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib" deyib[7].

Ölümündən əvvəl etiraz aksiyasında hicabsız dayanaraq sarı saçlarını yığıb önə atıldığını göstərən video ilə məşhurlaşıb[11][12][13].

21 sentyabr 2022-ci ildə Kərəc şəhərində baş vermiş etiraz aksiyasında[14] iştirak edən Hədis Nəcəfi sinəsindən, üzündən və boynundan 6 güllə yarası aldıqdan sonra yerindəcə keçinib[1][15] 25 sentyabr 2022-ci ildə dəfn edilib. Ölümündən sonra İranda davam edən etiraz aksiyalarının simvollarından birinə çevrilib[4][16].

2022-ci il noyabrın 28-də Azərbaycan Respublikasındakı gənc qızlar İranda qadın hüquqları uğrunda mübarizə aparan insanlara və orada öldürülmüş azərbaycanlı qızlar Hədis Nəcəfi, Əsra Pənahi və Aylar Həqqinin xatirəsinə fləşmob keçiriblər[17][18]. Fləşmobun sonunda Hədis Nəcəfi və digər öldürülmüş azərbaycanlıların şəkilləri nümayiş etdirilib və "Xəbərimiz var, sizinləyik!" yazısı yazılıb[19].

2023-cü ildə "ANİMAFİLM" studiyası tərəfindən Hədis Nəcəfi haqqında "Hədis" animasiya filmi çəkilib[20][21]. Film həm də İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub[22].

  1. 1 2 Vahid Qarabagli. "The Protests in Iran and Azerbaijani Turk Civil Rights Activists" (ingilis). caspianpost.com. October 6, 2022. October 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 7, 2022.
  2. Gül Demirci. "Hadis Najafi, who became the symbol of protests in Iran, was killed" (ingilis). expatguideturkey.com. September 26, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  3. "İran'da başörtüsünü çıkartan genç Türk kızı kurşuna dizildi" (türk). yenicaggazetesi.com.tr. September 26, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  4. 1 2 Giulia Carbonaro. "Young Iranian Woman Who Became Symbol of Protests After Viral Video Killed" (ingilis). newsweek.com. September 25, 2022. September 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  5. Adrian Zorzut. "GUNNED DOWN Female protester, 20, killed after being 'shot six times' by Iranian security forces amid bloody uprising" (ingilis). thesun.co.uk. September 25, 2022. September 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  6. "İran'da Mahsa Amini'nin öldürülmesini protesto eden Hadis Najafi öldürüldü" (türk). ensonhaber.com. September 25, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  7. 1 2 Hamid Məlikoğlu. ""Bacım etirazlar zamanı güllə ilə öldürüldü"" (az.). Amerikanın Səsi. October 1, 2022. October 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 10, 2022.
  8. "Bacım etirazlar zamanı 3 güllə ilə öldürüldü". Voice of America (az.). 1 October 2022. 2 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2022.
  9. Vahid Qarabagli. "The Protests in Iran and Azerbaijani Turk Civil Rights Activists" (ingilis). caspianpost.com. October 6, 2022. October 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 10, 2022.
  10. "Kərəcdə gənc şairə Hədis Nəcəfi güllələnib" (az.). GünAz TV. September 25, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  11. Roman Meitav. "Hadis Najafi killed in Iran protests, becomes new symbol of defiance" (ingilis). jpost.com. September 26, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  12. Jessica Wang. "Iran protests: 20yo, Hadis Najafi's brave stand before violent death" (ingilis). news.com.au. September 26, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  13. "İranda öldürülən Nəcəfi bu videosu ilə gündəm olmuşdu..." (az.). musavat.com. September 26, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  14. Jessie Tu. "Protests in Iran turn violent as another young woman is killed by security forces" (ingilis). womensagenda.com.au. September 26, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  15. "İranda gərginlik pik həddə: Polis aksiyaçılara atəş açır" (az.). teleqraf.com. September 25, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  16. "Hadis Najafi, 20, Killed in a Spray of Bullets in Karaj, Becomes a New Symbol of Defiance in Iran" (ingilis). iranwire.com. September 26, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2022.
  17. "Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib". kaspi.az (az.). 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
  18. "Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib". Report İnformasiya Agentliyi (az.). 2022-11-28. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
  19. "Azərbaycanda qadınlar İrandakı etirazlara dəstək fləşmobu keçirib". Voice of America (az.). 2022-11-28. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
  20. Wood, Aaron. "Interview: Nazrin Aghamaliyeva & Rashid Aghamaliyev on Their Azerbaijan Short 'Hadis' – Skwigly Animation Magazine". web.archive.org. 2023-06-05. Archived from the original on 2023-06-05. İstifadə tarixi: 2023-08-17.
  21. Elliot, Marke. "Hadis to Take to the Screen at Annecy". caspianpost.com (ingilis). 2023-05-22. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  22. "Azerbaijan's animated film "Hadis" at Annecy International Animation Film Festival". azertag.az. 2023-03-16. İstifadə tarixi: 2023-08-17.