Həftrud döyüşü — Qaraqoyunlular ilə Cəlairilər sultanlığı arasında baş vermişdir.
Həftrud döyüşü | |||
---|---|---|---|
Tarix | 1382 | ||
Yeri | Təbriz | ||
Səbəbi | Əhməd Cəlayırın Qara Məhəmmədə sığınması. | ||
Nəticəsi |
Qaraqoyunluların qələbəsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Əhməd Cəlayır Sultan Hüseyn Cəlayıra ani bir basqın edərək öldürdü və özünü hökmdar elan etsədə,[4][5]onun Hakimiyyətini heçbir əmir tanımadı. Hətta Əhməd Cəlayıra qarşı çıxışlar oldu. Bununla Əhməd Cəlayırın Bağdad şəhərindəki qardaşı Əhməd Cəlayır üzərinə Azərbaycana gəldi və Əhməd Cəlayırda ona qarşı Təbriz yaxınlığında saf qurdu. Lakin, döyüş başlamadan Əhməd Cəlayırın ordudundan bir çox əmir Şeyx Əli'nin ordusuna qatılması ilə Əhməd Cəlayır öncə Xoy şəhərinə sonra isə Qara Məhəmmədin olduğu Naxçıvan şəhərinə gəldi və ona sığındı.
Əhməd Cəlayır qaçaraq Naxçıvan şəhərində olan Qara Məhəmmədin hüzuruna gedib ondan yardım istədi.Qara Məhəmməd isə ona :
"Biz sizin üçün bu məsələ üzərində işləyəcəyik və Biz mübarizə aparacağıq. Bir şərtlə ki, siz, əsgərləriniz və əmirləriniz ilə yerindən tərpənməyin. Qoy ordun yerində dursun və heç tərpənməsin ki, biz qərar verək Onlarla necə vuruşacığımıza, biz də onlarla vuruşaq, ancaq bir şərt ilə, düşməndən əldə etdiyimiz Qənimət bizim olacaq, sizin və onların bunda gözləri olmayacaq və ona tamah qoymayacaqlar. Əgər qənimət əlinizə düşsə Belə etsələr, aramızda münaqişə və mübahisə yaranacaq".[6]
Çarəsiz qalan Əhməd Cəlayır bunu qəbul etdi.[7]
Bunun üzərinə Qaraqoyunlu Qara Məhəmməd ordusunu topladı. beş minlik bu ordunun hər biri üç yüz nəfərdən ibarət müxtəlif döyüş birliklərinə — qoşun (koşun) və ya Manga'ya (Mankalay) ayrılmışdı.
Qara Məhəmməd birliklərdən bir manga'nın (mankalay) sadəcə düzənli olaraq ox ataraq bağlə olduqları önündəki birlikləri ilə hərəkət etmələrini və düşmən hücum etdiyi zaman qaçmalarını (Sahtə qaçış) etmələrini istədi. Bu vaxtda digər birliklərdən on əsgərin qaçan birlikləri qovalayanları ox atəşinə tutaraq ordunun nizamını pozacaqdı. Daha sonra isə bütün birliklər hücuma keçərək onları məğlub edəcəkdi.[8]
Həqiqətən də Qara Məhəmməd tezliklə onun qarşısında mövqe tutaraq hücuma keçdi. Hakimiyyətə gələn şahzadə Şeyx Əliyə qarşı istifadə etdiyi bu döyüş üsulu ilə Cəlairi ordusunu darmadağın etdi. Şeyx Əlinin iyirmi min nəfər (qırx bir qoşun; hər biri ümumiyyətlə 300–500 nəfərdən ibarətdir) tamamilə məğlub oldu; özü və komandiri Onun komandiri Pir Əli və iki minə yaxın əsgəri döyüş meydanında qaldı. Bu qələbədən sonra çoxlu qənimət türkmənlərin əlinə keçdi. Qaraqoyunlu bəyinin bu qələbəsi onun gücünü və şöhrətini artırdıqca, şübhəsiz ki, Əhməd Cəlayırın taxtına çıxmasına kömək oldu.