Həkimlər Günü — həkimlərin fərdlərə və icmalara verdiyi töhfələri nəzərə alaraq qeyd olunan bir gün. Tarix, günü qeyd etmək üçün istifadə olunan anma tədbirindən asılı olaraq ölkədən-ölkəyə dəyişir. Bəzi ölkələrdə bu gün tətil kimi qeyd olunur. Səhiyyə sektorunda xəstələr və benefisiarlar tərəfindən qeyd olunması gözlənilsə də, əsasən səhiyyə müəssisələri tərəfindən qeyd olunur. Heyət həkimlər üçün nahar təşkil edə bilər, bu müddət ərzində həkimlərə təşəkkürnamələr təqdim oluna bilər. Vəfat etmiş həkimlərə hörmət əlaməti olaraq onların həyat yoldaşlarına kart və ya qırmızı qərənfil göndərilə və məzarları üzərinə gül qoyula bilər.
Həkimlər Günü | |
---|---|
Həsr olunub | Milli Həkimlər Günü, həkim |
Vikianbarda əlaqəli mediafayllar |
Avstraliyada Həkimlər Gününün hesab oluna biləcəyi müxtəlif tarixlər var, ən çox iştirak 30 martda baş verir.[1][2][3]
Kanadada Həkimlər Günü 1 mayda qeyd olunur. Bu tarix, Kanada Tibb Assosiasiyası tərəfindən Kanadada işləyən ilk qadın həkim Dr. Emili Stounun xatirəsinə belə adlandırılıb.[4]
İranda İbn-i Sinanın doğum günü (İran ayı: Şəhrivar 1=23 avqust) həkimlərin milli günü kimi qeyd olunur.[5][6]
Türkiyədə 1919-cu ildən bu yana hər il 14 mart Tibb Günü kimi qeyd edilir.[7]
ABŞ-də Həkimlər Günü həkimlərin xalqa xidmətlərini dəyərləndirmə günüdür. Bu fikir Dr. Çarlz B. Almondun həyat yoldaşı Eudora B. Almond tərəfindən irəli sürülüb və seçilmiş tarix cərrahiyyədə narkozun ilk istifadəsinin ildönümüdür. 30 mart 1842-ci ildə Corciya ştatının Cefferson şəhərində Dr. Krouford Lonq, Ceyms Venable adlı xəstəsini yatızdırmaq üçün dietil efirindən istifadə etdi və boyunundakı şişi ağrısız şəkildə çıxardı.[8][9]
Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması əsas tutularaq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə Azərbaycanda hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.[10]
Vyetnamda 28 fevral 1955-ci ildə Həkimlər Günü elan edilib. Gün fevralın 27-də və ya bəzən həmin tarixə ən yaxın tarixlərdə qeyd olunur.[11]