Həlqəvi qurdlar tipi

Həlqəvi qurdlar (lat. Annelida) — İkitərəflisimmetriyalılar bölməsinə aid tip.

Həlqəvi qurdlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tipüstü:
Tip:
Həlqəvi qurdlar
Beynəlxalq elmi adı

Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur. Bədən ölçüləri 0.5 mm-dən 2–3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqlarda yayılır. 9000-ə qədər növü vardır.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır. Bəzi formalarda xarici buğumluluq daxili arakəsmələrə uyğun gəldiyi halda, bir qisim formalarda bu qanunauyğunluq pozulur. Bədəninin buğumları bir çox formalarda quruluşlarına görə bir-birinə oxşardır və ona görə də bu homonom buğumluluq adlanır. Həlqəvi qurdların bədənində bir-birindən fərqlənən üç hissəni ayırmaq mümkündür. Onlardan biri prostomimum adlanan baş, ikincisi buğumlu gövdə, üçüncü piqidium adlanan dal (anal) hissəsidir.

Dəri-əzələ sistemi

[redaktə | mənbəni redaktə et]

Həlqəvi qurdlarda dəri-əzələ kisəsi yaxşı inkişaf etmişdir. Dəri-əzələ kisəsi kutikula, epiteli, uzununa və həlqəvi əzələlərdən təşkil olunmuşdur. Həlqəvi qurdları səciyyələndirən xüsusiyyətlərdən biri də onlarda selom adlanan ikinci bədən boşluğunun olmasıdır. Boşluq da arakəsməli olub, buğumludur. Bununla yanaşı, başda və dal tərəfdə olan bəzi buğumlar müstəsna olmaqla hər bir buğumda buğumun da selomik kisəsi vardır. Həlqəvi qurdların bədən boşluğu əvvəlki qurdlardan fərqli olaraq xüsusi divara malikdir. Bədəni ektoderma, mezoderma və endoderma qatından təşkil olunmuşdur. Selom-bağırsaq boşluğu mezoderm ilə endoderma qatı arasında yerləşir.

Həzm sistemi bədənin ön hissəsinin qarın tərəfində yerləşən ağız dəliyi ilə başlanır. Ağız dəliyi udlağa, ordan mədəyə, orta bağırsağa, o da arxa bağırsağa açılır. Arxa bağırsağın qurtaracağında anus dəliyi (anal dəlik) yerləşmişdir. Həzm sisteminin divarı mürəkkəb quruluşludur və orada həzm vəziləri,əzələlər və s. yaxşı inkişaf etmişdir. Bağırsaq qan damar sistemi ilə əlaqəlidir və ona görə də qidalı maddələrin mənimsənilməsi daha səmərəli olur. Bəzi formaların orta bağırsağında dərin çıxıntılar - tiflozol, vardır ki, onlar bağırsağın səthini genişləndirərək həzmə kömək edir.

İfrazat sistemi

[redaktə | mənbəni redaktə et]

İfrazat sistemini metanefridilər yerinə yetirir. Metanefridilər metamer quruluşlu olub, hər bir buğumda yerləşmişdir.

Tənəffüs sistemi

[redaktə | mənbəni redaktə et]

Tənəffüs prosesi bədən səthi vasitəsilədir. Bir çox növlərində, xüsusilə dənizdə yaşayan formalarda şaxəli çıxıntılar vardır ki, onlar qəlsəmə funksiyasını yerinə yetirir.

Qan-damar sistemi

[redaktə | mənbəni redaktə et]

Həlqəvi qurdlarda yaxşı inkişaf etmiş qapalı qan-damar sistemi vardır. Qan-damar sisteminə əsas iki damar—bel və qarın damarları daxildir. Bel qan damarı bağırsağın üstündə,qarın damarı isə altında yerləşmişdir. Hər iki damarlar bir-birilə daha kiçik həlqəvi damarlarla birləşmişdir.

Sinir sistemi baş hissənin bel tərəfində yerləşən cüt udlaqüstü sinir düyünündən ,udlaqətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən ibarətdir.Qarın sinir zənciri hər bir buğumda təkrar olunan sinir düyünlərindən əmələ gəlmişdir.Fəal həyat tərzi ilə əlaqədar olaraq ,həlqəvi qurdlarda hiss orqanları nisbətən yaxşı inkişaf etmişdir.Hiss hüceyrələri bütün bədən səthində yerləşmişdir.Onlarda iybilmə,bir çoxunda isə müvazinət orqanı olan statosist,bir və ya iki cüt göz də olur.

Həlqəvi qurdlar həm qeyri-cinsi, həm də cinsi yolla çoxalırlar. Qeyri-cinsi çoxalmasında bədən bir neçə hissəyə parçalanır və onların hər biri inkişaf edərək, baş və quyruq hissələrini bərpa edir. Cinsi çoxalmalarına görə hermafrodit olurlar. Dənizlərdə yaşayan bir çox formalarında yetkin fərdə oxşamayan troxofor sürfəsi olur. Şirin su hövzələrində və torpaqda yaşayanlarda isə inkişaf düzünə olub, sərbəst sürfə mərhələsi olmur.

Həlqəvi qurdların filogeniyası ətrafında bir çox təsəvvürlər və nəzəriyyələr mövcuddur. Həlqəvi qurdların yüksək quruluşunun xarakter əlaməti onlarda selom və qan-damar sisteminin olmasıdır. Selomun əmələ gəlməsi haqqında müxtəlif nəzəriyyələr söylənilmişdir. Bunlardan başlıcaları aşağıdakılardır: 1. Bəzi daxili toxumaların parçalanması və ya aralanması nəticəsində selomun əmələ gəlməsini izah edən Sxizosel nəzəriyyəsidir. Bu nəzəriyyə təsdiq edir ki, həlqəvi qurdların selomu yumru qurdların ilk bədən boşluğunun sadəcə təkmilləşməsidir. 2. Miosel nəzəriyyəsinə görə selom boşluq kimi heyvanın əzələ başlanğıcında əmələ gəlmiş və maye ilə dolmuşdur. Miosel nəzəriyyəsi selomun dayaq funksiyasından başqa digər funksiyalarını izah etmir. 3. Qonosel nəzəriyyəsinə görə ikinci bədən boşluğu olan selom ibtidai qurdların cinsiyyət vəzilərindən əmələ gəlmişdir. Bu nəzəriyyəyə görə guya selom divan öz başlanğıcını cinsiyyət vəzilərinin divarından götürmüşdür. Əslində bu çox çətin ola bilər, çünki onda belə güman edilir ki, cinsiyyət hüceyrələrinin müəyyən hissəsi somatik hüceyrələr olmuşdur. 4. Enterosel nəzəriyyəsinə görə selom öz başlanğıcını bağırsaqboşluqlular və daraqlıların qastrovaskulyar sistemindən götürür. Lakin Protostomia-da mezoderma və selomun formalaşması üsulu başqa cürdür. Bildiyimiz kimi, selom fərdin embrional inkişafı zamanı mezodermal zolaq hüceyrələrinin aralanması yolu ilə əmələ gəlir. Güman etmək olar ki, selomun 4 blastomeri əvvəlcə entodermaya məxsus olmuşdur. Sonralar isə artıq ikinci dəfə embrional inkişafın sadələşməsi kimi onlar entodermadan erkən ayrılan yalnız iki hüceyrədən inkişaf etməyə başlamışlar. Məsələnin bu baxımdan mühakiməsi göstərir ki, selomun ilkağızlılarda teloblastik və ikinci ağızlılarda enterosel üsulla inkişafı arasında əsaslı fərq yoxdur. Qan-damar sistemi damarlarının boşluqları təkamüldə parenximin əsas maddəsində yarıq və ya boruşəkilli sahə kimi əmələ gəlmişdir. Qan damarlarının divarları əsas maddənin bu kanallar ətrafında sıxlaşması yolu ilə əmələ gəlmiş, qan isə öz-özlüyündə əsas maddə ilə durulaşdırılmış birləşdirici toxumadır. Deməli, həlqəvi qurdlar ibtidai qurdlardan yüksələn böyük təkamül budağı kimi götürülməlidir. Bu filogenetik budaqda mərkəzi yeri Polychaeta sinfi təşkil edir. Çoxqıllı qurdlar şirin su və quru həyat tərzinə keçməklə azqıllı qurdlara, onlar öz növbəsində zəlilərə başlanğıc vermişdir. Həlqəvi qurdlar tipinin ayrı-ayrı filogenetik budaqlanmanın inkişaf yollarını izləməklə biz seqmentlərin, parapodilərin və metamer xarakterdə yerləşmiş daxili orqanların diferensiasiyasını, seqment və orqanların sayının qismən azalmasını və sonra isə stabilləşməsini görürük.

  • Azərbaycanın heyvanlar aləmi. II hissə, Elm nəşriyyatı, Bakı-2004.