Həmdulla Aslanov (tam adı:Həmdulla İsrafil oğlu Aslanov; 16 fevral 1950, Şamaxı rayonu) — Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksional analiz" şöbəsinin müdiri. [1] [2]
Həmdulla Aslanov | |
---|---|
Həmdulla İsrafil oğlu Aslanov | |
Doğum tarixi | |
Doğum yeri | Cəyirli, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor (1997) |
İş yerləri | AMEA Riyaziyyat və Mexanika İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Aslanov Həmdulla İsrafil oğlu, Funksiyalar nəzəriyyəsi və funksional analiz sahəsi üzrə mütəxəssis, 16 fevral 1950-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur.1957-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində birinci sinifə getmiş, 1967-ci ildə rayonun Nərimankənd orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1972-ci ildə Azərbaycan SSR Elmər Akademiyasının Riyaziyyat və Mexanika institutnun aspiranturasına daxil olmuş, 1975-ci ildə aspiranturanı bitirmiş və 23 iyun 1976-cı ildə Riyaziyyat və Mexanika İnstitutunda akademik Mirabbas Qasımov və professor Məmməd Bayramoğlunun rəhbərliyi ilə "Bəzi öz-özünə qoşma olan və öz-özünə qoşma olmayan diferensial operatorların məxsusi ədədlərinin asimptotik paylanması (01.01.01)" mövzusunda namizədlik, 1996-cı ildə "Hilbert fəzasında xüsusi törəməli operator-diferensial tənliklər üçün, həllolunma, tamlıq və spektrin asimptotikası" mövzusunda doktorluq dissertasi müdafiə etmişdir. O, əmək fəaliyyətinə 1975-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi başlamış, 1978–1988-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzində Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutunda baş müəllim, dosent və "Riyazi analiz" kafedrasının müdiri işləmişdir. 1988-ci ildə Dağlıq Qarabağda baş verən qanlı hadisələrlə əlaqədar olaraq Stepanakert Pedaqoji İnstitutu öz fəaliyyətini dayandırmış və o, həmin ildə Çingiz İldırım adına Azərbaycan Politexnik insitutunun "Ali riyaziyyat" kafedrasına dosent vəziəsinə keçirilmişdir. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin "Ali riyaziyyat" kafedrasının professoru vəzifəsinə seçilmişdir. Professor Həmidulla Aslanov 170-elmi, tədris-metodiki, elmi-populyar məqalələrin, tədris proqramlarının və 6 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 3 nəfər namizədlik disserasiyası müdafiə etmişdir. Hazırda 3 nəfər doktranta elmi rəhbərlik edir.2006-cı ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçidir.2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda "Funksional analiz" şöbəsinin müdiridir.
1976-cı ildə Riyaziyyat və Mexanika İnstitutu, Fizika-riyaziyyat elmləri namizədi ("Funksiyalar nəzəriyyəsi və funksional analiz")
Dissertasiyanın adı: ""Bəzi öz-özünə qoşma və öz-özünə qoşma olmayan diferensial operatorların məxsusi ədədlərinin paylanması" "
1996-cı ildə Riyaziyyat və Mexanika İnstitutu, Fizika-riyaziyyat elmləri doktoru ("Funksiyalar nəzəriyyəsi və funksional analiz")
Dissertasiyanın adı: "Hilbert fəzasında xüsusi törəməli operator-diferensial tənliklərin həll olunması, tamlıq və spektrın asimptotikası məsələləri"
Fizika riyaziyyat elmləri doktoru, professor
Elliptik tip diferensial operatorların məxsusi ədədlərinin asimptotik paylanması, operator, diferensial tənliklərin Qrin funksiyasının, məxsusi ədədlərinin və çəkili izinin tədqiqi. Hibert fəzalarında xüsusi törəməli operator-diferensial tənliklərin birqiymətli, normal və Fredholm mənada həll olunması isbat edilmiş, məxsusi və qoşulmuş funksiyaların tamlığı araşdırılmış, məxsui ədədlərin asimptotik paylanması tədqiq edilmişdir. Alınmış mücərrəd nəticələrin sonsuz oblastda elliptik tənliklər üçün sərhəd məsələlərinə tətbiqləri verilmişdir.
1978–1988-ci illərdə Sovet Azərbaycanın 60 illiyi adına Stepanakert Pedoqoji İnstitutunda baş müəllim, dosent və "Riyazi analiz" kafedrasının müdiri; 1988–2006-cı illərdə Azərbaycan Politexnik institutunda "Ali riyaziyyat" kafedrasının dosenti, 1997-ci ildən professoru: 1998–2015-ci illərdə Bakı Qızlar Universitetində "Riyaziyyat, informatika və onların tədrisi metodikası" kafedrasının müdiri
• AMEA Riyaziyyat və Mexanika İnstitutu