Həmid Həmidov (jurnalist)

Həmid Oktay oğlu Həmidov (13 iyul 1980, Bakı) — azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, blogger, "Global Media Group"un media direktoru.

Həmid Həmidov
Həmid Həmidov
Həmid həmidov.jpg
Doğum tarixi 13 iyul 1980(1980-07-13) (42 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist, bloger[d]
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Həyatı[redaktə | mənbəni redaktə et]

Həmid Həmidov 1980-ci il iyulun 13-də Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhəri 189 saylı orta məktəbin birinci sinfinə gedib. 1997-ci ildə orta məktəbi bitirib və həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsinə daxil olub. 2001-ci ildə Sənaye İqtisadiyyatı fakültəsinin magistratura pilləsinə daxil olub və 2003-cü ildə magistratura təhsilini bitirmişdir.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Altı il ərzində o, frilanser kimi çalışıb, Azərbaycanın bir sıra KİV-ləri ilə əməkdaşlıq edib, həmçinin Baltikyanı mətbuatda, Amerika, Polşa, İsrail və Rusiya mətbuatında məqalələri dərc olunub.[1], 2016-cı ildə o, restoran və ölkənin aparıcı şirkətlərindən biznesin inkişafı və PR ilə məşğul olmaq üçün dəvət aldıqdan sonra jurnalistikadan ayrılmaq qərarına gəlib, lakin o, 2018-ci ilin sentyabrında Global Media Group tərəfindən yaradılmış Media.[2] Az informasiya portalının baş redaktoru vəzifəsinə dəvət olunduqdan sonra biznesi tərk edib. Bir il sonra o, Global Media Group holdinqinin media direktoru vəzifəsinə təyin olunur.[3] Hazırda holdinq daxilində Oxu.az, Report.az, Media.az və s. kimi xəbər resurslarının daxil olan bir sıra layihələrə rəhbərlik edir.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Гамид Гамидов – главный редактор сайта Media.az". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.  (rus.)
  2. "Həmid Həmidov: Azərbaycan vətəndaşının Rusiya sülhməramlısına müraciəti". 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.
  3. "Tanınmış jurnalist Həmid Həmidov Report Media Məktəbinin qonağı olub". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.
  4. "Jurnalist Həmid Həmidov RTVI kanalında Qarabağdakı vəziyyətdən danışdı". 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.
  5. "2020-ci il iyulun 22-də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə mükafatlandırılıb". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.