Həmid Həmidov (mühacir)

Həmid Həmidov və ya Həmid Dönməz (1900, Gəncə — 11 mart 1996, Ankara, Türkiyə) — Türkiyədə mühacir kimi fəaliyyət göstərmiş azərbaycanlı şair.[1]

Həmid Həmidov
Təxəllüsləri Dönməz
Qarslı
Doğum tarixi
Doğum yeri İmamlı məhəlləsi, Gəncə, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Ankara, Türkiyə
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Türkiyə Türkiyə
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan, Türk dili
Janr Şeir

Həyatı[redaktə | mənbəni redaktə et]

Həmid Dönməz 1900-cu ildə Gəncə şəhəri İmamlı məhəlləsində dünyaya göz açıb. Onun babaları əslən Güney Azərbaycanın Marağa şəhərindəndir. Qacarlar dövründə Bakıya gəlmiş babası Həmdullahın 4 oğlu (Əhəd, Səməd, Həbib, Abdullah ) və 1 qızı ( Rəxşandə ) olmuşdu.

Həmid Dönməz 1996-cı il 11 mart tarixində həyata gözlərini yummuş, 13 mart tarixində Ankara Hacı Bayram Məscidində qılnan namazdan sonra Qarşıqaya məzarlığında dəfn edilmişdi.[2]

Nəvəsi Mələk xanım Türkiyədə yaşayır.

Təhsili[redaktə | mənbəni redaktə et]

Həmid Dönməz ilk təhsilini Gəncədə Şah Abbas məscidində fəaliyyət göstərən “Məktəbi-Ruhani”-də almışdı. Bu məktəb dini məktəb adı altında fəaliyyət göstərsədə orada gizlicə dünyəvi elmlərdəndə dərs verilirdi. 1894-cü ildə Gəncə şəhərinin varlılarından tanınmış Hacı Məhəmmədhüseyin Rəfioğlu ilə Cavad xanın soyundan Ziyadxanoğlu Əli ağa Gəncədə bir məktəb açmağa qərar vermişdilər. Fəqət bunlar Çar idarəsi və rus despotizminin milli şurun inkişafına xidmət edəcək müxtəlif müəssisələrin yaradılmasına maneə olacağına bildikləri üçün bu yeni tipli bu məktəbə “Məktəbi Ruhani” adını verməyi münasib görmüşlər.[3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

AXC dövrü[redaktə | mənbəni redaktə et]

1918-ci ildə AXC qurulduqdan sonra Həmid Dönməz Xuraman xanımın rəhbər olduğu XIX qızlar məktəbində müəllimlik etməyə başlamışdır. O, bu məktəbdə 1924-cü ilə qədər çalışmışdır.

Sovet dövrü[redaktə | mənbəni redaktə et]

1924-25-ci dərs ilində Bakı Ali Pedoqoji İnstutuna yüksək göstərici ilə qəbul olmuşdur. 1925-26-cı kurs imtahanlarını bitirdikdən sonra məktəbdə olarkən diyar qəzeti olan “Örnək”qəzetinə vermiş olduğu “boynun bükük, bənövşəm, mənəkşəm” ünvanlı yazıdan dolayı dəfələrcə sorğuya çəkilmiş, kommunist tələbə ittifaqı sədri Əbdualı Sərdarlı tərəfindən təqiblərə məruz qalmışdır. Bundan sonra Həmid Dönməzi 6 iyul 1926-cı ildə Gəncədəki İmamlı məhəlləsindəki evlərində gecə saat ikidə basqın edərək həbs edildi. Müxtəlif təzyiqlərdən sonra Türkiyənin İrandakı hərbi ataşesi Hüsaməddin Tuğaçın köməkliyi ilə Türkiyə gedə bilmişdi.

Türkiyə dövrü[redaktə | mənbəni redaktə et]

Həmid Dönməz Türkiyədəki fəaliyyəti zamanı 50 mindən artıq beyit şeir yazmışdır.[4]

Həmid Dönməz Türkiyədə Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində yaxından iştirak edib. Həmid Dönməz şeirlərində həmdə Hikmət Dəmir Qarslı imzası ilə çıxış edirdi. Şeirlərində doğulduğu Gəncə və sonrakı həyatında önəmli rol oynayan Qarsla bağlı şeirlər xüsusi yer tutur. 1920-ci ildə Azərbaycan Cümhuriyyəti Sovetlər tərəfindən işğal edildikdə Gəncədə may ayında işğala qarşı üsyan baş vermişdi. Həmin zaman Həmid Dönməzin 20 yaşı var idi, o özüdə üsyan iştirakcısı və şahidlərindən idi. Bu onda dərin iz buraxmışdı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ceyhun Nəbi. "Həmid Dönməz". ganca.org. 2022-02-09 tarixində arxivləşdirilib.
  2. Aygün Attar və Səbahəddin Şimşir. Tarixdən günümüzə Türkiyədə yaşayan Azərbaycan Türkləri. Ankara. 2013. səh. 235.
  3. Azərbaycan Türk Kültür Dərgisi (V say). . Ankara. 1958. səh. 5.
  4. Azərbaycan Türk Kültür Dərgisi 9240-cı say). . Ankara. 1982. səh. 23.