Şahzadə Sultan Həmid Mirzə Qacar (23 aprel 1918, Təbriz – 5 may 1988, London)— İranın keçmiş hakim sülaləsi olan Qacarlar sülaləsinin və Qacar Şah Ailəsinin başçısı. İranın sonuncu Qacar vəliəhd şahzadəsi Məhəmməd Həsən Mirzənin oğlu.
Həmid Mirzə Qacar | |
---|---|
Qacarlar sülaləsinin başçısı | |
1975 – 1988 | |
Əvvəlki | Firudin Mirzə Qacar |
Sonrakı | II Məhəmməd Həsən Mirzə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 aprel 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 1988 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Atası | Məhəmmədhəsən mirzə Qovanlı-Qacar |
Uşağı | |
Ailəsi | Qacarlar |
Həmid Mirzə Qacar 23 aprel 1918-ci ildə Təbrizdə anadan olmuşdur. O, İran şahı Məhəmməd Həsən Mirzənin ikinci xanımı Möhtrəm Razzaqidən olan oğludur. Kiçik yaşlarını Gülüstan Sarayında keçirən Həmid Mirzə 4 yaşında çatdıqda atası onu təhsil alması üçün İngiltərəyə göndərir. Lakin o, İstanbula sürgündə yaşayan babası Məhəmmədəli şahın yanında qalır. Məsələ orasındadır ki, Məşrutə inqilabından sonra 1909-cu ildə Məhəmmədəli şah ölkəni tərk edərək taxtı öz oğluna ötürmüşdü. Nəvəsinin İngiltərə getməsi üçün hələ gənc olduğunu düşünən baba onu yanından buraxmır. 5 aprel 1924-cü ildə Məhəmmədəli şah Qacar vəfat edir, və 6 yaşlı şahzadəni İtaliyaya, sonra isə Parisə aparırlar. Rza xanın çevirilişindən sonra İrandan qaçan atası ilə birlikdə Londona köçən Həmid Mirzə burada təhsil almağa başlayır. 1934-cü ildə o, Kent qraflığında yerləşən Temza Dənizçilik məktəbinə daxil olan şahzadə 1936-cı ildə məktəbdən məzun olur və Krallığın Poçt şirkətində işə başlayır. Burada 3 il çalışdıqdan sonra o, Mobil Neft şirkətinə qoşulmaq üçün işindən istefa verir.[1]
İkinci Dünya müharibəsi zamanı Həmid Mirzə Britaniya Kral Hərbi Dəniz Qüvvələrində xidmət etmək üçün adını dəyişib Devid Drammond qoyur. Müharibədən sonra Həmid Mirzənin hərbi karyerası baş tutmur və o, yenidən neft şirkətinə dönür. Müharibə zamanı İngilis hökuməti ilə Həmid Mirzə və atası arasında Qacar sülaləsinin mümkün bərpası ilə bağlı müzakirələr olur. Həmid Mirzə və atası taxta namizəd idi. Lakin Həmid Mirzə elə də ciddi namizəd sayılmırdı. Buna səbəb altı yaşından bəri İngiltərədə yaşamış olması, eləcə də fars dilini bilməməsi idi.[2]
Müharibədən sonra 1957-ci ildə Həmid Mirzə İrana işləməyə gedir. 4 yaşında vətənini tərk edən şahzadə fars dilində danışa bilmirdi. Buna baxmayaraq, Məhəmmədrza şah onda taxt-tacı üçün bir təhlükə gördüyü üçün iki dəfə həbs etdirmişdir. 1971-ci ildə İranı tərk edərək Londona qayıdan şahzadə 1977-ci ildə "sürgündəki şahənşah" elan edilir. 1988-ci ildə vəfat edən şahənşahın yerinə oğlu II Məhəmmədhəsən Mirzə (1988-günümüzə qədər) keçir.[3]
Həmid Mirzə iki dəfə ailə həyatı qurmuşdur. İlk evliliyi 1946-cı ildə Mehin DokT Malik-Mənsur ilə baş tutan şəahzadənin bu evlilikdən 2 övladı dünyaya gəlmişdir:
Həmid Mirzə 1957-ci ildə ilk həyat yoldaşından boşandıqdan sonra 1960-cı ildə Tehranda Südabə Afşar ilə evlənir. Onun bu evlilikdən övladı yoxdur.