Firudin Mirzə Qacar

Firudin Mirzə Qacar (fars. فریدون میرزا قاجار‎, 22 yanvar 1922, Gülüstan sarayı24 sentyabr 1975, Cenevrə) — İran şahzadəsi. Qacar Dövlətinin sonuncu şahı Sultan Əhməd şahın oğludur.

Firudin Mirzə Qacar
Firudin Mirzə Qacar
Qacarlar sülaləsi başçısı [1]
1943 – 1975
ƏvvəlkiMəhəmmədhəsən mirzə Qovanlı-Qacar
SonrakıHəmid Mirzə Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 22 yanvar 1922(1922-01-22)
Doğum yeri
Vəfat tarixi 24 sentyabr 1975(1975-09-24) (53 yaşında)
Vəfat yeri
Təhsili
Atası Əhməd şah Qacar
Anası Fatimə xanım
Həyat yoldaşı Maqdalina İvanova-Gevranova
Dini İslam, Şiə
qajarpages.org/fereydoun…

Firudin Mirzə Qacar 22 yanvar 1922-ci ildə Tehranda Gülüstan Sarayında anadan olmuşdur. 1923-cü ildə atası və ailə üzvləri ilə birlikdə Avropaya sürgünə göndərilmişdir. Cenevrə Universitetini bitirmişdir. Atası 27 fevral 1930-cu ildə vəfat etdikdən sonra Qacar Şah Ailəsinin başçısı olmuşdur. 24 sentyabr 1975-ci ildə İsveçrənin Cenevrə şəhərində motosikl qəzası nəticəsində vəfat etmişdir.

Firudin Mirzə Qacar Milliyyətcə bolqar olan Maqdalina İvanova-Gevranova ilə ailə həyatı qurmuşdur. Bu səbəbdən izdivacdan dünyaya gələn heç bir uşaq şah sülaləsinə rəhbərlik etmir.

  1. "www.qajarpages.org". 2019-09-10 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]