Film Asiya və Afrika ölkələri xalqlarının həmrəyliyinin IV sovet konfransına həsr olunmuşdur. Konfrans Bakıda "Böyük Oktyabr Sosialist İnqilabı və Asiya, Afrika və Latın Amerikası xalqlarının milli-azadlıq hərəkatı" devizi altında keçirilmişdir.
Həmrəylik günü | |
---|---|
Janr | sənədli film |
Rejissor | Cəmil Fərəcov |
Ssenari müəllifi | Məmməd İsmayıl |
Operatorlar |
Tofiq Sultanov Mehman Dadaşov Vladimir Konyagin |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1976 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1976 |
Texniki məlumatlar |
2 hissə 464 metr 35 mm |
Rəng | rəngli |
Qonaqların qarşılanması, onların şəhərimizin görməli yerləri ilə və ən iri müəssisələrlə tanışlığı, konfransın gedişi filmdə öz əksini tapmışdır. Məişət kondisionerləri zavodunda, V.İ.Lenin adına Azərbaycan boru-prokatı zavodunda, Xalqlar dostluğu parkında, Serebrovski adına NQÇİ-də, konfrans iştirakçılarının Qubaya, Şamaxıya, Gəncəyə və Azərbaycanın digər şəhərlərinə səfəri zaman çəkilmiş kadrlar filmə daxil edilmişdir.