Məmməd İsmayıl

İsmayıl Mürşüd oğlu Məmməd (1 noyabr 1939, Əsrik Cırdaxan, Tovuz rayonu) — Azərbaycan şairi.

Məmməd İsmayıl
İsmayıl Məmməd Mürşüd oğlu
Doğum tarixi 1 noyabr 1939(1939-11-01) (85 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Türk
Atası Mürşüd
Anası Gülzar
Təhsili
Fəaliyyəti Şair
Mükafatları XTNS qızıl medalı "Qızıl qələm" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

M. İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlmişdir. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini,2013-cü ildə Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor ünvanı almışdır.

1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə "C. Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988–1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışmışdır.

1989–1993-cü illərdə Xalq hərəkatında iştirak etmiş və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərmişdir. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışmışdır.

1995–1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərmişdir.

1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğuldur.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

14 yaşından bədii yaradıcılıqla məşğuldur. 1970-ci ildən "Azərbaycan Yazıçılar Birliyi"nin və "Azərbaycan Jurnalistlər İttifaqı"nın üzvüdür. "Avrasya Yazarlar Birliyi"nin qurucu üzvüdür. Moskvada çap olunan "Literaturnıe Znakomstvo" jurnalının redaksiya heyyetinin üzvü, Türkiyə təmsilcisi ve köşe yazarıdır. "Ulsulararası Sanatçılar ve Gazeteciler" birliyinin Türkiyə təmsilcisidir.2017-ci ildən Mərkəzi ofisi Bürüssledə yeləşə Bogdani Beynəlxalq Yazarlar birliyinin vitse-pirezidentidir. Rusyanın önəmli rəssamlarından biri olan Yuri Rakşa 1973-cü ildə şairin portretini işləmişdir.

"Azərbaycan Yazıçılar Birliyi"nin katibi seçilmiş və dəfələrlə "Yazıçılar Birliyi"nin idarə heyətinin, rəyasət heyətlərinin üzvü olmuşdur. Fransa Elm, Senet və Ədəbiyyat və Ukrayna Ali Təhsil akademiyalarının həqiqi üzvüvüdür. Ukrayna Ali Tehsil Akademiyası Türk və Slavyan xalqları ədəbiyyatlarına verdiyi ədəbi föhfələrə görə ona fəxri doktora ünvanı vermişdir. BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının (Brüssel-Priştina)vitse-prezidenti seçilmişdir.(2019). Əsərləri 50-dən çox dünya xalqlarının dilinə tərcümə edilən şair, müxtəlif ölkələrin sənətkarlarının bir çox əsərini tərcümə edərək Azərbaycan və Türk dilində çap etdirmişdir. Bir çox xarici ölkənin (Türkiyə, Ukrayna, Moldova, Macarıstan və.s.) ədəbiyyat ensiklopediyalarında həyatı və ədəbi fəaliyyəti ilə bağlı məqalələr nəşr edilmiş, həyat və yaradıcılığı haqqında (Azərbaycanda və Türkiyədə) yüksək lisans və doktorluq dissertasiyası yazılmışdır.

Mərkəzi ofisi Rumınyanın Graiova şəhərində yerləşən Mihail Emunescu Akademiyası 2018-ci ildə onun əsərlərini Nobel mükafatına təqdim etmişdir.

Dünyanın 30-dan çox ölkəsində keçirilən konfrans və şeir festivallarında (Türkiyə, Almaniya, İtalya, Hindistan, Vyetnam, Kuba, Rusya, Ukrayna, Belarus, Polşa, Litva, Türkmənistan, Suriya, Rumınya, Serbiya, Bosniya, Qaradağ, Şimali Makedoniya, Litva, Burkino-Faso və.s.) Türk və Azərbaycan ədəbiyyatlarınıı layiqincə təmsil etmişdir. İtalyada ve Rumınyada yayınlanan "Dünya Şeir Antologiyası"nda Azərbaycan şeiri onun əsərləri ilə təmsil olunmuşdur (2015–2017). Amerika Birleşmiş Ştatlarının Koliforniya əyalətinin San Jose şəhərində dünya şeirinin seçmələrindən oluşan illik "Svyaz vremyon" (Əsirlərarası İlişkilər) antologiyasının tərcümə bölümündə Konstantinos Kavasis (1863–1933) (Yunan), William Shakespare (1564–1616) (İngiliz), Jerar de Nerval (1808–1855) (Fransız) əsərləri ilə birlikdə onun əsərlərinə də yer verilmiştir. Şairin "Adım", "Apar məni", "Burda bir şəhər yatır", "Yatan mənalar", "Döyüş, Qələbə", "Yaşıldı gözümdə dünyanın əksi" şeirlərinən yer aldığı silsilə şairin tərcüməçisi və dostu Rus şairi Mixail Sinelnikovun ön sözü ilə başlayır. Ön sözdə M. İsmayılın dünya ədəbiyyatındakı yerindən bəhs olunur. Şairin adına Türkiyədə "Akademik Şiir Ailesi Yazarlar Kurumu" tərəfindən ildə fərqlənən bir Türk şairinə verilmək üzrə "Mehmet İsmail Edebiyyat ödülü"(2018) ve Türkiyədə çap olunan Güfte Edebiyat Kültür Sanat ve Edebiyat dergisi tərəfindən Uluslararası Prof. Dr. Mehmet İsmail Şiir Yarışması təsis edilmişdir.(2023) İndiyədək Azərbaycan, Türk, Fransız, Yapon, Alban, Rumın, Rus, Macar, Qazax və başqa dillərdə 40-dan çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap olunmuş, 50-dən çox şerinə mahnı bəstələnmişdir.

Fəxri adları, mükafatlar, nailiyyətlər

[redaktə | mənbəni redaktə et]

1969-cu ildə hazırladığı Azərbaycan televiziyası tarixində ilk milli proqram olan Odlar diyarı silsilə verilişlərə görə Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən televiziya tarixində ilk dəfə Qızıl qələm, 1978-ci ildə Bakıda çap olunmuş Söz vaxtına çəkər və Moskvada çap olunmuş Dəymiş nar dənələri kitablarına görə Respublika Lenin Komsomolu və Moskvada çap olunmuş Yerlə göy arasında kitabına görə Ümumittifaq Ostrovski adına mükafatlarına, 1979-cu ildə Ceyran Muğana qayıdır sənədli filminin ssenarisinə görə isə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin gümüş medalına layiq görülmüşdür. 1996-cı ildə Türkiyə Diyanət Vəqfinin Məhəmməd peyğəmbərin kutlu doğum həftəsi münasibətilə keçirdiyi şer yarışının qalibi olmuş, 1997-ci ildə isə Türkiyənin ən əhəmiyyətli mükafatlarından biri olan Türkiye Yazarlar və Sanatkarlar Vakfının Türk Dünyasına Hizmet mükafatı Azərbaycandan ilk dəfə ona verilmişdir. Türkiyənin Konya şəhərində keçirilən Saz və Söz bayramında iştirak edərək 1990, 1991, 1995-ci illərdə bayramın 1-ci mükafatına – böyük qızıl medallarına, 2012-ci il sentyabrın 10–16 Krımın Koktebel şəhərində keçirilən 10-cu Şeir Simpoziumunun Birincilik diplomuna, 2014-cü ildə Rusya Yazıçılar Birliyinin S. Yesenin adına Qızıl payız medalına və diplomuna layiq görülmüşdür. Mərkəzi ofisi Brüsseldə yerləşən Beynəlxalq Yazarlar birliyinin "Peter Bogdani"(2017)Fransa Elm, Sənət və Ədəbiyyat akademiyasının keçirdiyi "Avropada Özgürlik sevgisi" şeir yarışmasının qalibi olmuş, Rumınya M. Emunescu akademyasının "Mihay Enunescu" və Ukrayna Ali Təhsil Akademiyasının "Taras Şevçenko" medallarına layiq görülmüşdür. M Moldovanın "Literatura Arta" ədəbiyyat qəzetində çap olunan silsilə şeirlərə görə qəzetin poeziya üzərə illik mukafatını (2018), eyni zamanda Kosovada Alban dilində çap olunan "Unudulmaq növbəsi" kitabına görə "Azəm Shkrelit bəynəlxalq ədəbiyyat mükafatı"nı almışdır.(2018), Bunlardan əlavə Rusya Yazarlar Birliğinin İnnoketti Annenski (2018) ve Qaşgarlı Mahumud Beynelxalq fondunun Qaşgarlı Mahmud mükafatlarına (2019), Qazağıstan Respublikası prezidentinin təsis etdiyi Qazağıstan Xalq Məclisinin 25-ci il yubiley medalına (2020), "Mihai Eminescu " Beynəlxalq Poeziya Akademiyasının icraiyyə komitəsi Milli və dunya ədəbiyyatinda gostərdiyi önəmlii xidmətlərinə gorə "Mihai Eminescu" mukafatı ve medalına (2022),"Mihai Eminescu" Beynəynəlxalq Akademiyasının icraiyyə komitəsi "Mihai Eminescu " Beynəlxalq Poeziya Festivali İlin poeziya mükafatına(2022) layiq görülmüşdür. Mihai Eminescu Beynəlxalq akademiyası Craiova, Rumınya. Dəyərli yaradıcılığına və Beynəlxalq Poeziya Festivalında aktiv iştirakına gorə Akademyanın Onursal üyəsi (Şərəf üzvü) seçilmişdir(2022).

Azərbaycan dilində çap olunmuş kitabları

[redaktə | mənbəni redaktə et]
  1. Ana əlləri (Şeirlər), Azərnəşr, Bakı,1966
  2. Dünyaya baxıram (Şeirlər), Gənclik nəşriyyatı, Bakı,1969
  3. Axşamlar, səhərlər (Şeirlər), Gənclik nəşriyyatı, Bakı,1972
  4. Söz vaxtına çəkər (Şeirlər), Azərnəşr, Bakı,1976.
  5. Qoymayın dünyanı adiləşməyə (Şeirlər), Gənclik nəşriyyatı, Bakı,1978
  6. Baxtıma düşən gün(Şeirlər), Yazıcı nəşriyyatı, Bakı, 1978.
  7. Hələ yaşamağa dəyər(Şeirlər), Gənclik nəşriyyatı, Bakı, 1981.
  8. Döyüş, qələbə (Şeirlər), Yazıcı nəşriyyatı, Bakı, 1978.
  9. Dünya bizim evimizdir (Şeirlər), Gənclik nəşriyyatı, Bakı, 1984.
  10. Aman təklik əlinden (Şeirlər), Yazıçı nəşriyyatı, Bakı, 1987.
  11. Ümiddən asılan qılınclar (Şeirlər), Yazıçı nəşriyyatı, Bakı, 1990.
  12. Xalq nəğmələri (Tərcümə, tərtib, önsöz), İşıq nəşriyyatı, Bakı,1992.
  13. H. N. Atsız, Bozqurdlar (Tərcümə və önsöz),Yazıçı Nəşriyyatı, Bakı,1993. 
  14. Seçilmiş Şeirlər, Azərnəşr, Bakı, 1992.
  15. Yaş altmışa dayandı, Müxalifət qəzeti Yayınları, 2000.
  16. Sazın söz karvanı (Elmi tədqiqat) Şirvan nəşriyyatı, Bakı, 2009.
  17. Yoxun Varlığı, (Şeirlər), Maarif nəşriyyatı, Bakı, 2002.
  18. Poemalar, Sabah nəşriyatı, Bakı, 2010.
  19. Sevgi şeirləri, Qanun nəşriyyatı, 2014.
  20. Yetmişdən sonra, Elm ve Təhsil nəşriyyatı,2014.
  21. İz (Roman), TEAS PRESS nəşriyyatı, 2015.
  22. Gəlmeyə vaxtmı tapdın səksən yaşım (Şeirler), Tərcümə neşriyyatı,2019
  23. Arzuların yolu.(Seçmə şeirler) QANUN nəşriyyatı, 2020
24.Duyğuların işığında (Seçilmiş şeirlər)Azər Turan nəşriyyatı Nəbati nəşriyyatı işbirliyi ilə.Təbriz,2021

25. İz. (Roman) Azər Turan nəşriyyatı Nəbati nəşriyyatı işbirliyi ilə. Təbriz,2022

26. V. M. Jirmunski Türk Qəhramanlıq dastanları (I–II Hissə) Tərcümə.(Ayfər Aytaçla birlikdə)Qanun nəşriyyatı,2022

Türk dilində çap olunmuş kitabları

[redaktə | mənbəni redaktə et]

Türk dilində çap olunmuş kitabları

[redaktə | mənbəni redaktə et]
  1. Seçkin Şiirler, Diyanet Vakfı Yayınları, Ankara,1993.
  2. Bu Kan Yerde Kalan Değil (Şiirler), Diyanet Vakfı Yayınları, Ankara, 1998.
  3. Türk’ün Sevgisi, Milli Eğitim Basımevi, İstanbul, 2000.
  4. Dillen Telli Sazım, Azerbaycan Aşıkları ve Saz Şairleri (Antoloji), ÇOMU Matbaası, Çanakkale, 2011.
  5. Unuttuğun Yerdeyim (Şiirler), Bengü neşriyatı, Ankara, 2012.
  6. V.M.Jirmunski Türk Kahramanlık Destanları (I,II Hisse)(Tərcümə.Prof.Dr.Hulya Arslan Erolla birlikde)Türk Dil Kurumu,Ankara,2012
  7. O.Süleymenov Kil kitabı (poema) (Tərcümə), TEAS PRESS nəşriyyatı, 2016 (O.Suleymenov, “Clay book” (Translation) (poem), “TEAS PRESS” publishing house, 2016)
  8. M.İ. Sinelnikov (şiirler) (Tercüme) Bengü neşriyatı, Ankara, 2017. (M.I. Sinelnikov, poems, (Translation), “Bengu” publishing house, Ankara, 2017)
  9. Athanase Vantchev De Thracy, Sessiz Ihlamurlarin Ürkek Uykus(Şİirler ) (Tercüme) Gulturel de Solenzara,Paris,2018
  10. Yele Bir Şey Söylemiştim.Akıl Fikir Yayınları,(Şiirler)İstanbul,2018.
  11. İz (Roman)Akıl Fikir Yayınları,İstanbul,2019.
  12. I.Deaconecu Anıların Uykusu.(Şiirler)(Tercüme) Bengü neşriyatı, Ankara, 2020. (.I. Deaconecu poems, (Translation), “Bengu” publishing house, Ankara, 2020)
  13. B.Kanapyanov Kum saatı (Şiirler) (Tercüme) Bengü neşriyatı, Ankara, 2020. (.B. Kanapyanov poems, (Translation), “Bengu” publishing house, Ankara, 2020)
  14. V.M.Jirmunski Türk Kahramanlık Destanları (III,IV Hisse)(Tərcümə.Dr.Gülzar İsmayıl ve Dr.Ayfer Aytacla birlikde)Türk Dil Kurumu,Ankara,2021
  15. “Prof. Dr. Mehmet İsmail Armağanı”Paradigma Yayın evi,2022

Digər dillərdə çap olunmuş kitabları

[redaktə | mənbəni redaktə et]
  1. Zerno Spelogo Granata (Olgunlaşmış Nar Taneleri,) Sovyet Yazıçısı Yayınevi, Moskova, 1977.
  2. Paşnya Nad Morem (Deniz Üzerinde Ekin), Molodaya Gvardiya Yayınevi, Moskova,1978.
  3. Slovo Skazannoe vo Vremya (Zamanında Değilmiş Söz,) Sovyet Yazıçısı Yayınevi, Moskova, 1982.
  4. Mej Neboy i Zemle(Yerle Gök Arasında,)  Molodaya Gvardiya Yayınevi, Moskova, 1986.
  5. Svyatıni Moi (Kutsallarım Benim) (Seçkin şiirler), Bedii Edebiyat Neşriyatı, Moskova, 1989.
  6. Lirika, Azərnəşr,  Baku, 1992.
  7. Ne Dayte Miru Stat Obıknovennı (Goymayın Dünyayı Basitleşmeğe) Yazıcı neşriyatı, Baku, 1992
  8. V Mesto Psma (Mektup Yerine) İslok neşriyatı, Moskva, 2011.
  9. Meç Nadejdı.(Mastera sovremennoy poezii (Çağdaş poeziya ustaları)seryası."Biblioteka Oljasa" (Oljasın kitabxanası)neşrler evi, Almatı,2018
  10. Un Nomme Dans la Turmenete D l’hıstoıre La compagnie Litteraire.Roman Paris, 2010
  11. Le Loyageur Le L'eternite,Editinos Innstitut Gulturel de Solenzara,Paris,2018
  12. Un feu solitaire en exil,L'Harmattani,Paris,2019
  13. Jürek Odu, Yazıçı Yayınevi, Alma-Ata, 1989.
  14. Duet of colors (Renglerin düeti)Japan Universal Poets Association, Kyoto, Japan, 2016
  15. Sporırea Tacerıı,Editura penturi “Literatura Şi Arta” neşriyatı,Kişinyov,2017     
  16. Pojet  E Hsrreses, Bogdani neşriyatı,Brüssel, 2018
  17. Szamüzetesben, Ar-B-ART neşriyyatı,Budapeşt,2019
  18. Die Spur (İZ ROMANI) Amazon neşriyatı, Berlin,2020
  19. Memoria Sfanta,(Planeta Poeziei seriyası,4.)Rumınyanın Edıturan Reveres nəşriyyatı ,Graiova,2022

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]