Hərbi komissarlıq, Azərbaycan və bir sıra ölkələrdə Silahlı Qüvvələrdə hərbi səfərbərlik, hərbi xidmət və çağırış işlərinə cavabdeh olan yerli hərbi idarəetmə orqanıdır. Mərkəz, rayon və şəhər şöbələri mövcuddur.[1]
Hərbi komissarlığın əsas vəzifələri bunlardır:[2]
- müharibə dövründə səfərbərliyin hazırlanması və aparılması;
- insan və iqtisadi resursların uçotu;
- sülh dövründə gənclərin hərbi xidmətə hazırlanması;
- vətəndaşların hərbi xidmətə və təlim düşərgələrinə çağırışının təşkili;
- vətəndaşların müqavilə əsasında hərbi xidmətə qəbulunun təşkili;
- digər müdafiə və vətənpərvərlik tədbirlərinin həyata keçirilməsi.