Hərbi mükəlləfiyyət

Hərbi mükəlləfiyyət — əhalinin öz ölkəsinin silahlı qüvvələrində qanunla təsbit olunmuş hərbi xidmət borcu, həmçinin vətənin müdafiəsi ilə bağlı konstitusion borcu yerinə yetirmək hüququ.[1] Bir çox ölkədə bu, milli təhlükəsizliyi və dövlətin müdafiə qabiliyyətini artırmaq məqsədilə həyata keçirilən bir tədbirdir. Hərbi mükəlləfiyyətin əsas məqsədi dövlətin müdafiəsini təmin etmək və vətəndaşların hərbi bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.[2]

Azərbaycan Hökumətinin 3 iyul 1918-ci il tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunurdular.[3][4]

  1. https://azleks.az/az/online-dictionary/h%C9%99rbi+m%C3%BCk%C9%99ll%C9%99fiyy%C9%99t
  2. https://sozluk.az/h%C9%99rbi-mukellefiyyet-nedir-esas-anlayislar-ve-qaydalar/
  3. Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
  4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.