Hərbi salam

Hərbi salamhərbçilərin dövlət və hərbi bayrağa, həmçinin bir — birinə nizamnamə ilə nəzərdə tutulan ehtiram hərəkəti.

Hərbi salamın tarixi

[redaktə | mənbəni redaktə et]

Orduda qəbul olunan hərbi salamlaşmanın – sağ əli furajkanın günlüyünə qoymaq ənəsinin tarixi isə çox əsr əvvələrə gedir. Hansı ki, o dövrlərdə cəngavərlər yaraq-əsləhəni tam komplektdə daşıyırdılar. İki cəngavər qarşılaşdıqda qarşılarındakı şəxsin dost, ya düşmən olduğunu anlamaq üçün onlar dəbilqəni, yaxud da dəbilqənin qalxanını qaldırmalı olurdular. Bu hərəkət artıq yaraq-əsləh gəzdirmə dövrü sona çatdıqda belə, döyüşə hazırlaşan iki şəxsin qaşılaşması zamanı təkrar olurdu. Beləliklə, hərbi salamlaşmanın əsası qoyuldu.

Başındakı geyimi (dəbilqə, furajkanı) çıxarma əvəzinə əli alına tərəf qaldırmanın da öz tarixi var. Əsgərlər tüfəngi barıtla doldurarkən əlləri hisə batmış olurdu. Baş geyimini də çirkli əllərlə çıxartmaq onu yararsız hala gətirmək demək idi. Ona görə də XVIII əsrin sonlarında hərbi salamlaşma sağ əli furjkanın günlüyünə qoymaq hərəkəti ilə məhdudlaşdırıldı.

Azərbaycanda hərbi salam

[redaktə | mənbəni redaktə et]
Azərbaycan bayrağına hərbi salam verən hərbi qulluqçu

Azərbaycanda hərbi salam Azərbaycan Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun yerinə yetirilir.Bütün qoşun növləri həmçinin,polis və xüsusi xidmət orqanlarının əməkdaşları bu Nizamnamənin tələblərində qeyd olunan hərbi salam qaydasına əməl edirlər.Nizamnamədə yazılır:

— Hərbir hərbi qulluqçu özündən böyük komandir və ya rəislərə hərbi salam verməyə borcludur;

— Hərbi salam verərkən sağ əlin barmaqların birləşik vəziyyətdə baş geyiminə elə yaxınlaşdırmaq lazımdır ki,orta barmaq qaşın qurtaracağ hissəsindən bir neçə milli aralı və əlin içi görülməmək şərti ilə qol yerə paralel olsun;

— Müdafiə nazirinin 24 dekabr 2014-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş Sıra Nizamnaməsinə əsasən əsgəri salamı başıaçıq da verməyə icazə verilir.

— Əgər hərbi qulluqçu böyük rəisin yanından keçirsə o,rəisə üç addım qalmış hərbi salam verib tam addım atır və ümumi altı addım ataraq onun yanından sovuşur.

Hərbi salam verilməlidir

[redaktə | mənbəni redaktə et]

Hərbi salam nizamnaməyə əsasən hərbi qulluqçular bir birinə,Şəhidlər Xiyabanına,Naməlum əsgər məzarına,QaravulaDöyüş Bayrağına verilir.