Hərmələ

İslam tarixində, Hərmələ ibn kahil 10 oktyabrda Hz. Məhəmmədin nəvəsi Əli əl-Əsğər ibn Hüseynin qətlə yetirdi.[1][2][3]

Hərmələ
Hərmələ ibn Kahil Əsədi
Digər adı Hərmələ ibn kahin
Doğum yeri kufə
Vəfat yeri kufə
Vəfat səbəbi yanaraq ölmə[d]
Milliyyəti ərəb
Fəaliyyəti əsgər

Tarixi mənbələrdə Kərbəla hadisəsindən qabaq Hərmələnın həyatı ilə bağlı heç bir şey yoxdur, ancaq Bəni Əsədin qul olduğu və onların tərbiyəsi altında böyüdüyü üçün "Bəni Əsəd" ə aid edilmişdir. Bəzi mənbələr adının "Hərmələ bin Kahin"[4] olduğunu söyləyib.

Hərmələ Aşura günü Ömər bin Səd oxçularından olub. İmam Hüseynin (ə) hələ süd əmən oğlu Abdullah bin Hüseyni atasının qucağında oxla qətlə yetirib. Eyni şəkildə Abdullah bin Həsənin də qatili olduğu sənədlərdə göstərilib. Həzrət Abbas ibn Əlinin (ə) də qətlə yetirilməsində rol oynayıb. Sənədlərdə göstərilib ki, Həzrət Abbas (ə) kəsilmiş başını Kufəyə aparan şəxsdir. İbn Əsir onu Əbu Bəkr bin Həsənin qatili kimi qeyd edir.

İmam Səccadın (ə) duası

[redaktə | mənbəni redaktə et]

Hərmələyə "Nahiyə" ziyarətində lənət edilib. Mədinəyə gedərək İmam Səccadla (ə) söhbət edən Minhal ibn Əmrin dediyinə görə, İmam Muxtarın qiyamı haqqında məlumat alıb, Kərbəla qatillərinin öldürülüb öldürülmədiyini soruşanda Hərmələ bin Kahili də soruşub. Hərmələnin həyatda olduğunu eşidəndə belə buyurub: "Allahım, od və dəmirin istisini ona dadızdır".

Hərmələ Muxtarın qiyamında həbs olunub və onun əmri ilə əl və ayaqları kəsilib. Minhal bin Amr Həcc ziyarətindən Kufəyə qayıdanda Hərmələnin ölüm səhnəsini yaxından görüb və İmam Səccadla (ə) görüşdüyünü, Hərmələyə qarğış etdiyini Muxtara bildirib.

  1. Arxivlənmiş surət, rəsul ələvi, 2001, səh. 94, 2021-09-09 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-09-08
  2. Mohammed Raza Dungersi. A Brief Biography of Imam Husayn (a.s.). Bilal Muslim Mission of Tanzania. December 2018. 27–. ISBN 9976956851. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-08.
  3. [1] Arxiv surəti 23 sentyabr 2015 tarixindən Wayback Machine saytında yaradan: seyx cavad muhəddesi، tərcümə xəlil zamel əsami Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine
  4. İbn əl-əsir "əl-Kamil fi-tarix" kitabında fel formalarının zaman əhəmiyyəti: Kontekst işığında bir araşdırma, 2013-09, səh. 409–413, doi:10.12816/0000819, ISSN 2314-8489, Archived from the original on 2018-06-02, İstifadə tarixi: 2021-09-08

Xarici linklər

[redaktə | mənbəni redaktə et]