İmanov Həsən Həşim oğlu (1901–1937) — tarixçi, jurnalist, tərcüməçi.[1][2]
- 1901-ci ildə Şuşada anadan olub.
- İbtidai təhsilini mədrəsədə almış, daha sonra Şuşa realnı məktəbinə qəbul olaraq 1919-cu ilə qədər təhsil almışdır.
- 1920-ci ildə Bakıya gəlmişdir.
- 1921–1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. Eyni vaxtda Yeni Türk Əlifbası Komitəsində işləmişdir.
- 1928-ci ildə Şərq Xalqları İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya Xalq Maarif Komissarlığına göndərilmişdir.[1][2]
- 1931-ci ildə İnstitutu başa vurduqdan sonra Bakıya qayıtmış və Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda I kateqoriyalı elmi əməkdaş kimi işə başlamışdır.
- Ali Pedaqoji İnstitutun "Zaqafqaziyada sinfi mübarizə tarixi" kafedrasının dosenti olub. Eyni zamanda Dövlət Muzeyində elmi katib və direktor müavini işləyib.
- 1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun yenidən təşkilindən sonra Dövlət Arxinidə elmi əməkdaş işləmişdir.
- 1933-cü ildə Dövlət Elmi Şurasına seçilmiş və tarix-fəlsəfə şöbəsinin katibi olmuşdur.
- 1934-cü ilin yanvarından isə Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsində işə qəbul olunmuş əvvəlcə məsləhətçi, daha sonra ədəbiyyat şöbəsində elmi əməkdaş işləmişdir.
- 1935–1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının arxeoqrafiya şöbəsinin elmi əməkdaşı və müdiri olub.
- 1937-ci ilin martında Azərbaycan SSR-in Xalq Daxili İşlər Komissarlığı orqanı tərəfindən həbs olunaraq güllələnmişdir.[1][2]
Azərbaycan tarixşünaslığı üzrə bir neçə əsər yazmışdır, lakin tədqiqatları yalnız tarixi istiqamətlə məhdudlaşmayıb:
- Hökumət Türk Dram Tiyatrosunun bir illiyi. Yeni yol, 27 yanvar, 1923, № 4;
- "Ölülər" qəhrəmanı İsgəndərin məhkəməsi münasibətilə. Yeni yol, 10 mart, 1923, № 9
- Tənqid və biblioqrafiya. Türküstan kitabları. Yeni yol, 31 mart, 1923,№ 11
- Tənqid tiyatrosunda. Yeni yol, 19 aprel, 1923, № 14
- Acınacaq bir hal (baş məqalə), Yeni yol, 24 aprel, 1924, № 9
- Крымский фонетический алфавит. Изв. Общества обследования и изучения Азербайджана. Баку, 1926, № 2
- Yeni ərəb əlifbası, Kommunist qəzeti, 18 şubat (fevral), 1926, № 42, s. 4–5
- N. B. Vəzirov (nekroloq). Yeni yol, 12 iyul, 1926, № 159
- Birinci Türkoloji Qurultay, Yeni yol qəzetinə əlavə, 7 noyabr, 1927, s. 13–14
- Вопросы историографии Азербайджана: наши достижения и ближайшие задачи. Труды АзФАНф. ХХХ том. Баку, 1936, с. 161–164
- Вопросы историографии Азербайджана. Наука АзССР за 15 лет. Б, 1936[2]
- Ə. Tahirzadə. Dosent Həsən Həşim oğlu İmanov. 525-ci qəzet, 11 dekabr, 2004, s. 27; 14 dekabr 2004, s. 27
- ЦА НАНА, ф. 39, оп. 1
- Гос. Истор. архив Азерб. ф. 103, оп. 1
- Архив МНБ АР, архивно-следственное дело № ПР 19087
- ↑ 1 2 3 Ə. Tahirzadə. Dosent Həsən Həşim oğlu İmanov. 525-ci qəzet, 11 dekabr, 2004, s. 27; 14 dekabr 2004, s. 27
- ↑ 1 2 3 4 Керимова Т.С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил, 2005, с. 403–404