Həsən İsrafilov

Həsən İsrafilov (tam adı:İsrafilov Həsən Abid oğlu;1946, Nuxa)— iqtisad elmləri doktoru, professor[1]

Həsən İsrafilov
Doğum tarixi 1946
Doğum yeri

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

1946-cı ildə Şəki şəhərində anadan olmuşdur.

1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu, 1978-ci ildə isə bu institutun aspiranturasını bitirmişdir.

1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini qazanmışdır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, bir övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Xalq Təsərrüfatı İnstitutunda baş laborant vəzifəsindən başlayaraq müxtəlif illərdə müəllim, baş müəllim, “Ticarət-əmtəəşünaslıq” fakültəsinin dekan müavini, “Kommersiya” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələrinin dekanı vəzifələrində çalışmışdır.

2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Magistratura Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konqres və simpoziumlarda ölkəmizi təmsil etmişdir. 100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir.

Mükafat və təltifləri[redaktə | mənbəni redaktə et]

  • 2005-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq diplomu ilə təltif edilmişdir.
  • 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildə əldə etdiyi nailiyyətlərə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İsrafilov Həsən Abid oğlu". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  2. "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında". 2020-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  3. "Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.