Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həsən əl-Bəsri(ərəb. حسن البصري; 642[1][2][…], Mədinə[4] – 15 oktyabr 728[3][1][…], Bəsrə[4][5]) — İslam alimi, ilahiyyatçı.
Həsən əl-Bəsri | |
---|---|
Doğum tarixi | 642[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 728[3][1][…] |
Vəfat yeri | |
Fəaliyyəti | mühəddis, qazı, qari |
Həsən əl-Bəsri 642-ci ildə Mədinə şəhərində anadan olub, 657-ci ildən Bəsrədə yaşayıb və orada da vəfat edib. O, 663–665-ci illərdə indiki Əfqanıstan ərazisində hərbi yürüşdə iştirak etmişdir. Onun ətrafında qruplaşan dini dərnək bütün Ömeyyad dövlətinin və Bəsrənin intellektual həyatının mərkəzi idi, əl-Həsən əl-Bəsrinin nüfuzu isə elə yüksək idi ki, onu rasionalistlər, ənənəçilər və hətta sufilər də öz müəllimi kimi qəbul edirdilər.
Əl-Həsən əl-Bəsrinin qorunub saxlanmış fikirləri, onun təkcə möminliyindən deyil, həm də bəzi hədislərin şərhinə rasional yanaşmasından və müsəlman adətinin ayrı-ayrı xüsusiyyətlərindən və həmçinin də fakirlərə tənqidi yanaşmasından xəbər verir.