Həsən Basri Sönməz (1974, İsparta ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Həsən Basri Sönməz | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — İsparta |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1974 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
|
Həsən Basri Sönməz 1974-cü ildə İsparta ilinin Yalvaç ilçəsində anadan olub. İsparta Tətbiqi Elmlər Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub.[1]
İş adamı olaraq çalışıb. Ailə peşəsi olan dəri sənayesində, həmçinin xaricdə turizm, qida və inşaat sahələrində çalışıb.[1]
2023-cü ildə MHP namizədi olaraq İsparta ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]