Həsən Haqverdiyev

Həsən Əli oğlu Haqverdiyev (9 iyun 1917, Cənubi Azərbaycan1986, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Həsən Haqverdiyev
Həsən Əli oğlu Haqverdiyev
Doğum tarixi
Doğum yeri Məməqan, Cənubi Azərbaycan, Qacarlar dövləti
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Uşaqları
Fəaliyyəti rəssam

Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində anadan omuşdur. O, 1931-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuşdur. Həsən Haqverdiyev 1933-cü ildə öz məktəb yoldaşları T. Tağıyev, K. Xanlarov və başqaları ilə birlikdə ilk dəfə Azərbaycan rəssamlarının Respublika sərgisində iştirak etmişdir. O, Respublika rəssamlıq sərgisində "Gitara çalan oğlan", "Qoca portreti" , "İçərişəhər motivləri" adlı etüdlərini nümayiş etdirmişdir. Həsən Haqverdiyev "Balaca çoban"(1959), "Çoban qız" (1964), "Dağ yolu", "Yaylaqda" (1965) kimi tablo və mənzərələrin müəllifi olmuşdur. Rəssamın sülh mövzusunda işlədiyi əsərlərindən "Sülh üçün" (1965) tablosunu qeyd etmək olar. Rəssam Azərbaycan qadınına həsr etdiyi "Oyanma" (1970) tablosunu və uşaq aləmi, psixologiyası ilə bağlı "Balaca rəssam" (1966), "İlk söz" (1970) kimi tablolarının müəllifidir. Rəssamın rəsmlərinə "A. S. Puşkinin A. S. Qriboyedovun cənazəsi ilə qarşılaşması" (1937), "Əzim Əzimzadənin portreti" (1939), "Zemfiranın portreti", "Xanların dəfni" (1960), "Füzuli oğlunun şerini dinləyərkən" (1958), "Rəssamlarımız yaradıcılıq növbəsində" (1959) kimi əsərləri daxildir.

Həsən Haqverdiyev qrafika sahəsində də fəaliyyət göstərmişdir. O, 1959-cu ildə çəkdiyi "Ölkəyə 600 min ton pambıq verək" adlı plakatına görə Kiyevdə keçirilən Ümumittifaq siyası plakat sərgisində üçüncü dərəcəli diplomla mükafatlanmışdır. Rəssamı "Kuba deyir: Vətən ya ölüm!" (1961), "Sülh dostluq" (1962), "Qoy daim günəş olsun" (1964), "Amerika zindanlarında" (1971) və s. kimi plakatların müəllifidir. Həsən Haqverdiyevin tablolarından "1920-ci ilin baharı" (1970) qrafika üçün səciyyəvi olan kontur və cizgilərlə işlənmişdir. O, "Azərbaycan", "Ulduz", "Təşviqatçı", "Azərbaycan qadını", "Pioner" və "Göyərçin" jurnallarının bədii tərtibində yaxından iştirak etmişdir. Həsən Haqverdiyev Azərbaycan qrafikasında dostluq şarjı janrının əsas nümayəndələrindən olmuşdur. Rəssamın yaratdığı portretlər qalereyasına Qara Qarayev, M. İbrahimov, Niyazi, S. Rüstəm, F. Əbdürrəhmanov, M. Abdullayev, T. Salahov, S. Bəhlulzadənin obrazları daxildir.

Həsən Haqverdiyevin yaradıcılığına teatr-dekorativ sənəti xüsusi yer tutmuşdur. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan bir neçə əsərin bədii tərtibatını vermişdir. Rəssam "Yevgeni Onegin" və "Qaratoxmaq qız" operaları, C. Məmmədovun "Dan ulduzu" pyesi üçün çəkilmiş dekor eskizlərin müəllifidir. Rəssam K. Qoldoninin "İki ağanın bir nökəri" komediyasına, M. Təhmasibin "Rübailər aləmində" tarixi romantik dramına bədii tərtibatını vermişdir. Həsən Haqverdiyevin fərdi yaradıcılıq sərgisi 1967-ci ilin may ayında Bakıda Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda keçirilmişdir.